Gəncləri ədəbiyyata sövq edən nədir? - MƏŞHURLUQ, YOXSA HƏVƏS? - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

Gəncləri ədəbiyyata sövq edən nədir? - MƏŞHURLUQ, YOXSA HƏVƏS?

Mədəniyyət A- A A+
Bu gün Azərbaycanda yetəri qədər gənc yazarlar, özünə yazıçı deyən gənclər var. Böyük əksəriyyət də öz yazılarını sosial şəbəkələr üzərindən oxucularına çatdırır. Hətta bəhs olunan gənclər dahi yazıçı və şairləri də açıq şəkildə tənqid və təhqir etməkdən də çəkinmirlər.
 
Bu zaman ortaya belə bir sual çıxır. Bu gün gəncləri ədəbiyyata sövq edən nədir, niyə onlar özlərini ədəbiyyatda sınamaq qərarına gəlirlər?
 
Mövzu ilə bağlı yazıçı, nasir Fəxri Uğurlu Ednews-a açıqlamasında bildirdi ki, ədəbiyyata üz tutan hər bir gəncin özünə görə səbəbləri var: 
 
“Ümumən gəncləri ədəbiyyata sövq edən özünü ifadə etmək, tanınmaq, özünü təsdiqləmək, təəssüratlarını başqalarıyla bölüşmək, bəydirsə, özünü xanımlara, xanımdırsa, özünü bəylərə sevdirməkdir. Ancaq onu da qeyd edim ki, indi dövrdə ədəbiyyatla böyük şöhrət qazanmaq mümkün deyil. Çünki oxucu kütləsi çox zəifdir, kitaba həvəs yox dərəcəsindədir. Ancaq bizim dövrümüzdə çətin də olsa, bu mümkün idi. Bir yazın, şeirin hansısa jurnalda, qəzetdə çıxanda bütün ölkədə oxunurdu”.
 
Aytən Yaşar 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...