Adil Kərimli Mədəniyyət Nazirliyindəki kadr dəyişikliklərindən danışdı - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Adil Kərimli Mədəniyyət Nazirliyindəki kadr dəyişikliklərindən danışdı

Mədəniyyət A- A A+
“Müxtəlif səbəblərdən (xüsusilə də burada subyektiv səbəblər çoxdur) kadr yanaşmaları fərqli istiqamətdə olub. Bu sahədə geniş müzakirələrə ehtiyac var”.
 
Ednews  xəbər verir ki, bunu mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu gün Milli Məclisdə keçirilən dinləmələrdə deyib.
 
O, qeyd edib ki, qeyri maddi-mədəni irs sahəsi tək Mədəniyyət Nazirliyinin sahəsi deyil. 
 
“Problem ondan ibarətdir ki, cəmiyyətin bu sahəni xüsusi ayrı və fərqli kateqoriya kimi kənardan müşahidə etmək yanaşması var. Amma bu, bizim bir bəlamızdır. Cəmiyyətin hər bir üzvünün əsas məsələsi məhz mədəniyyət sahəsinin inkişaf etidirilməsidir. Aidiyyəti şəxsləri bu işə cəlb etməsək, bu prosesdə hər hansı uğurun qazanılmasından və irəliləmədən söhbət aça bilmərik”, - deyə A.Kərimli əlavə edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...