Mədəniyyət Nazirliyindəki islahatlar NƏLƏRİ DƏYİŞƏCƏK? MÜNASİBƏT

Mədəniyyət 12:00 03.03.2023

Hazırda Mədəniyyət Nazirliyində ciddi kadr islahatları gedir. Əvvəlcə nazirliyin 30 əməkdaşının, o cümlədən Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova və Teatr sektorunun müdiri Könül Cəfərovanın işinə xitam verilib. Daha sonra isə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmrləri əsasında qurumun aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov, müşavir vəzifəsinə Cahangir  Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviçin gətirildiyi açıqlandı.

Mədəniyyət Nazirliyində islahatlar qurumda nə kimi dəyişikliklər yaradacaq? İslahatların ölkə mədəniyyətində mühim məsələlərə diqqəti artacaqmı?

Mövzu ilə bağlı deputat, yazıçı Aqil Abbas Ednews-a bildirdi ki, mədəniyyət sahəsi qeyri-peşəkar adamlardan təmizlənməlidir: 

“Hansısa universiteti bitirmək və yaxud xarici ölkədə oxumaqla deyil, işinin peşəkarı olmaq lazımdır. O ki, qaldı tənəzzül dövrünü yaşayan milli kinomuza, onun inkişafı, dirçəlməsi çətin məsələdir, bunun üçün hələ çox iş görmək lazımdır. İnanıram ki, o gün gələcək. Mən buna inanıram, doğrusu, inanmaq istəyirəm. Anar Kərimova da inanmışdım, deyirdim ki, gənc oğlandır, təhsili yüksəkdir, gəlib işləyəcək. Amma korrupsiyanı ləğv edə bilmədi, yenə də eyni hadisələr baş verdi. İndi isə Anar Kərimovu yeni gənc kadr Adil Kərimli əvəz edib. Yəqin ki, bu dəfə ümidlərimiz doğrulacaq. İnanaq ki, düzəlsin”.

Aqil Abbas mədəniyyət sahəsinin çox bərbad vəziyyətdə olduğunu vurğuladı: 

“Təsəvvür edin, kənddə kitabxanaları bağlayıblar, bölgələrdə kitab oxuyan qalmayıb. Rayonlarda kitab mağazaları yoxdur. Bildiyim qədər bir tək Gəncədə, Xaçmazda kitabxanalar var. İndi rayonlarda elektron kitabxanalar yaradıblar, istənilən şəxs əlinə telefon götürüb, oradan elektron şəkildə kitab oxuya bilir. Yəni diqqəti kitabxanalara yönəltmək lazımdır. Ənənəvi kitab mütaliə etmək mədəniyyətdir. Mən kitabxana sevən adamam. Ağdamda çox gözəl kitabxanam var idi, ermənilər onu yandırdı. Ağcabədidə, doğulduğum  Bayat kəndində Füzuli adına möhtəşəm bir kitabxana tikdirmişəm. Həmin kitabxananın səhifəsi var. Qeyd edim ki, kitabxanada hər gün tədbirlər keçilir, əməkdaşları pandemiya dövründə ev-ev gəzirdilər ki, camaatın uşaqları kitab oxusun. Yəni kitab böyük bir mədəniyyətdir, mənim dərdim  kinodan da əvvəl kitabdır. Gərək kitab olsun ki, kino olsun. Xeyli sayda kitabxananı bağlayıb, kitabxanaçıları da çölə atdılar. Dedilər ki, kitabxanaçılara maaş çatdıra bilmirik, ona görə də kitabxanaları bağladıq. Hamı bilir ki, kitabxanaçılar ayda 200-300 manat maaş alır. Mədəniyyət Nazirliyində olan yeyintiləri hesabladım, o pulla 30 il kitabxanaçılara maaş vermək olardı.

Yeni təyin olunan gənc kadrlara gəldikdə, nazir müavini təyin olunan Murad Hüseynovu tanıyıram. Gözəl mədəniyyət işçisidir, bəstəkar, peşəkar pianoçudur. Rəhbəri olduğu Muğam Mərkəzindəki  fəaliyyətini, orada keçirilən tədbirləri, muğam axşamlarını görmüşük. İnanıram ki, o da gəlişi ilə nazirliyin işinə dəstək verəcək. Hesab edirəm ki, bizlər də, həmçinin mətbuat da bu yeniliklərə dəstək olmalı, yeni gələn kadrları “vurmamalıyıq”. Jurnalistlər nöqsanları daha tez görə bilir, görsünlər, qeyd etsinlər, amma onu sevərək deyək, qərəzlə deyil..."

Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev dedi ki,  kadr dəyişiklikləri vəziyyətə təsir edə bilər, amma çox böyük deyil: 

“Məsələn, şəxsən öz sahəm barəsində deyə bilərəm ki, kinomuzu ayağa qaldırmaq, dirçəltmək üçün kimlərisə gətirməyə, kadrları dəyişməyə ehtiyac yoxdur, burada əsas məsələ kinematoqrafçıların beynində dəyişikliklərin getməsi, inkişafıdır. Bir daha qeyd edirəm ki, iqtisadi təşkilat məsələləri vacibdir, amma bu, ikinci dərəcəlidir. Birinci dərəcəli məsələ təhsil, savad, kino aləmində işləyən adamların beyni zövqü, şəxsiyyət səviyyəsidir”.

Xatırladaq ki, 2020-ci ilin may ayından bəri, yəni Əbülfəz Qarayevin mədəniyyət naziri vəzifəsindən azad olunmasından sonra qurum ətrafında müzakirələr, narazılıqlar, qalmaqallar səngimir. Ə.Qarayevdən sonra bu vəzifəyə keçmiş diplomat Anar Kərimov gəldi. Lakin onun vəzifədə fəaliyyəti cəmi 2 il çəkdi və ötən ilin dekabr ayının 22-də Prezidentin sərəncamı ilə  vəzifəsindən azad edildi. Onun hansı səbəbdən vəzifəsindən azad olunduğu haqda məlumat verilməsə də, fəaliyyəti dövründə ciddi qanun pozuntularına yol verildiyi ortaya çıxdı.  Külli miqdarda dövlət əmlakının mənimsənilməsi faktları ilə bağlı  nazirin sabiq birinci müavini Elnur Əliyev və qurumun bir neçə vəzifəli şəxsi DTX tərəfindən saxlanıldı. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla manat dövlət əmlakını mənimsədiyi məlum oldu.

Oğuz

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
Hamısı