Mədəniyyət Nazirliyində növbəti kadr dəyişiklikləri olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev vəzifəsindən azad edilib.
O bundan sonra öz fəaliyyətini Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi kimi davam etdirəcək.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə isə Fərid Qurbanzadə təyinat alıb.
O bu təyinata qədər Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyıb. Fərid Qurbanzadənin əvvəlki vəzifəsinə isə hələlik təyinat olmayıb.
Yeni təyinatlarla bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin sorğumuza cavabını da dərc etməyə hazırıq.