Ednews müğənnilər arasında “Sonuncu dəfə hansı kitabı oxumusunuz?” adlı sorğu keçirib.
Sorğunun nəticələrini təqdim edirik:
Akif İslamzadə:
“Mənim yaxşı kitabxanam var. Bədii kitablarım çoxdur. Axırıncı oxuduğum kitablar Balzak və Mopassanın hekayələri olub”.
Niyaməddin Musayev:
“Mütailə edirəm. Əlimə düşən kitabları oxuyuram. Axırıncı dəfə Yusif Nəğməkarın “Çanaqqala” poemasını oxumuşam. Maarifə Hacıyevanın əsərlərini də qeyd edim”.
Nazpəri Dostəliyeva:
“Toyun bu qızğın vaxtında kitab oxumağa vaxtım yoxdur. Seviyim yazıçı Çingiz Abdullayevdir. Onun bütün əsərlərini oxumuşam. Bu günlərdə oxumağa zamanım qalmır. Yazıçıları oxumaq bizim borcumuzdur. Fərqimiz odur ki, işimiz çoxdur”.
Manaf Ağayev:
"Əliağa Vahidin qəzəllərini oxuyuram".
Elza Seyidcahan:
“Məmməd Arazın seçilmiş şeirlərini oxuyuram. Hətta gözəl bir simfonik əsər də bəstələmişəm. Adı: "Ana torpaq"dır.”
Gülyanaq Məmmədova:
“Belə sualları xoşlamıram. Heç sevimirəm. Yeri gələndə kitab da oxuyuruq, hər şey də edirik. Amma belə sualları kimə istəyirsiniz verin. Mən sənətimlə bağlı danışa bilərəm. Bu sual uşaq oyuncağıdır”.
Nadir Qafarzadə:
“Yadımda deyil”.
Oğuz