Azərbaycanı bu il "Avroviziya" beynəlxalq mahnı yarışmasında təmsil edəcək iştirakçının adı açıqlanıb.
Ednews xəbər verir ki, "12 xal" portalının yaydığı məlumata görə, ölkəmizi sözügedən müsabiqədə "Fahree" adlı ifaçı təmsil edəcək.
Qeyd edək ki, İsveçin Malmö şəhərində keçiriləcək yarışmada Azərbaycan mayın 7-də birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.