Beynəlxaq ədəbi mükafatlar nə dərəcədə obyektivdir? – Yazıçılar arasında SORĞU

Mədəniyyət 12:00 12.03.2024

Ədəbiyyat sahəsində verilən beynəlxalq mükafatlar tək “Nobel”lə bitmir. “Buker”, “Man Asia”, “Migel de Servantes” mükafatları ilə yanaşı, qonşularımızın təsis etdiyi “Russkaya premiya” (Rusiya) və Türk Dünyası Ödülü (Türkiyə) kimi kifayət qədər nüfuzlu mükafatlar var. 

Maraqlıdır, beynəlxaq ədəbi mükafatlar nə dərəcədə obyektivdir? Ümumiyyətlə, mükafatlar yazıçının həqiqi qiymətdir?

Ednews bu barədə yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Aqşin Yenisey:

“Əsl əsər, sözsüz ki, mükafat üçün yaradılmır. Mükafat, sadəcə, proses üçündür. Nobel belə bir müddətdən sonra dəyər olmaqdan uzaqlaşır. Əsərin mükafatı onu oxumağa can atan nəsillərin bir-birini əvəz etməsidir. Bu gün çox az adam bilir ki, Petrarka “şair tacı” ilə mükafatlandırılmışdı. Amma  renesansın banilərindən söz düşəndə hamı onu xatırlayır, mükafatsız filansız”. 

Aysel Fikrət:

“Ədəbiyyatda son zamanlar qəribəliklər baş verir. İnanmıram 60-cı ya 90-cı illərdə belə olub. Hardansa saysız hesabsız mükafatlar peyda olub. Özü də yalnız eyni adamlar üçün. Əlbəttə obyektiv olan beynəlxalq mükafatlar da var. Məsələn, Mənim Balaca Yazarlar Birliyimdə (BYB) şagirdlərim Yuneskonun Təsis etdiyi mükafatlar alıb. Orda 800 şagirdin içindən seçilmişdilər. Çingiz Aytmatova yazdığım şeirə görə “Çingiz Aytmatov mükafatı”nı aldım. Çox istərdim ki, yerli mükafatlar saxtalaşdırılmasın. Bəlkə yeganə yazıçıyam ki, Azərbaycandan bir dənə də mükafatım yoxdur. Müsabiqələr də yaş həddinə görə bizə aid olmur. Məncə nədə olmasa da mükafatlarda heç olmasa tərəzi düz olmalıdır. Layiq olmayanın asan yolla bunu əldə etməsi onu nə qədər xoşbəxt edə bilər? Sevdiyim yazıçıların adına təsis olunmuş mükafalar daha əziz və doğma olur. Rəsul Rza adına, Vaqif Səmədoğlu adına misal gətirə bilərəm. Fikrət Sadıq İşıq Mükafatını təsis etdim. Dəyərli şairlərimizə təqdim edəndə onların sevincinə mən də qoşuluram.

Beynəlxalq Mükafatlar haqqında düşüncəm əlli əlliyədir. İçində saxta, müəyyən məbləğli ödənişlə olanlarına inanmıram. Ucuz yollarla saxta mükafatlarla ədəbiyyatda irəliləməyi heç kimə tövsiyə etməzdim. Yalnız əsil yaradıcılığa verilən qiymətə görə dəyərlidir. Yaradıcı insanın sevinci də budur. Amma sevinci almaq ya da satmaq olmaz axı. Bu özünü sonra da cəmiyyəti ələ salmaq kimidir. Dayandırsalar bu cür özbaşınalığı çox yaxşı olardı. Onsuzda əsil yazıçı Allahın verdiyi istedadla ən böyük mükafatını alıb. Yazıçının həqiqi qiyməti Allahdan gəlir. Zaman yaxşıları saxlayır, saxtaları ələyir. Biz bu mühiti belə gördük. Gözəl əsərlər yazmaq lazımdır. Bir də ədəbiyyatın keşiyində durub, onu saxtalardan qorumaq. Mükafatlar önəmli deyil”.

Vüqar Van:

“Beynəlxalq ədəbi mükafatlar ədəbiyyatın keyfiyyətinin universal ölçüsü deyil. İlk nobeliatın nəinki əsərlərini, adını belə bu gün heç kim xatırlamır, amma Tolstoy Nobel almasa da, bütün dünya Tolstoyu oxuyur və oxuyacaq. Nobel komitəsi bəzən qeyri-obyektivliyi, bitərəfliyi saxlamadığı kimi, hətta bəzən şərin tərəfində dayandığını da dəfələrlə nümayiş etdirib. İndi hətta bəzi tənqidçilərə görə Nobelin Şnobeldən fərqi yoxdur. Ən azından, ortada Bob Dilan nümunəsi var. 

Bütün bunlara baxmayaraq, ədəbi mükafatların əleyhinə deyiləm. Məşhur olmayan yazıçılar dünyada tanınır, ildə bir neçə dəfə bütün dünya mediasının gözü ədəbiyyatda olur. Məncə, Mpabbenin “Real” Madridə keçib-keçməməyinin maqazin dəyərindənsə, Murakaminin hər il Nobel almamaq xəbərinin maqazin dəyəri bizim üçün daha faydalıdır”.

Oğuz 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Hamısı