İsmayıl Şıxlının yaradıcılığına həsr olunan tədbir keçirilib - FOTOLAR

Mədəniyyət 14:58 22.05.2024

Bakı Yunus Emre İnstitutunun və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlının yaradıcılığına həsr olunan “İsmayıl Şıxlı Türkiyə türkcəsində” adlı tədbir keçirilib. 

Ednews xəbər verir ki, İsmayıl Şıxlının 105 illik yubileyi çərçivəsində Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Qasımlı yazıçının “Namərd gülləsi” hekayəsinin təhlilini və “60-lardan Günümüze Azerbaycan Hikayesi” kitabını təqdim edib.

Tədbiri giriş sözü ilə açan Yunus Emre İnstitutunun müdiri Selçuk Karaklılıç İnstitutun fəaliyyəti ilə bağlı məlumat verib. Daha sonra Lalə Qasımlının İsmayıl Şıxlının və digər Azərbaycan yazıçılarının hekayələrinin Türkiyə türkcəsinə tərcümə və təhlil edildiyi layihəsi əsasında ərsəyə gələn kitabı ilə bağlı fikirlərini bildirən Selçuk Karaklılıç, əsərin Türkiyə və Azərbaycan arasındakı əlaqələrə müsbət təsirini və əhəmiyyətini vurğulayıb.  

Növbəti çıxış edən Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü İsmayıl Şıxlı yaradıcılığına toxunaraq təqdim olunan layihə çərçivəsində Azərbaycan və Türkiyə elmi-ədəbi əlaqələrindən bəhs edib. R.Cümşüdlü Şərqşünaslıq İnstitutunda türk filologiyası sahəsində dəyərli türkoloji tədqiqatların aparıldığını, türk ədəbiyyatından tərcümələr edildiyini deyib, Şərqşünaslıq İnstitutunun əməkdaşının təqdim edilən kitabının da Azərbaycan - Türkiyə elmi-ədəbi əlaqələrinin inkişafına bir töhfə olduğunu vurğulayıb.

Sözügedən layihənin rəhbəri dosent Lalə Qasımlı kitabla bağlı geniş məruzə ilə çıxış edib və İsmayıl Şıxlının “Namərd gülləsi” hekayəsi haqqındakı məqaləsini təqdim edib. Məruzəçi layihənin həyata kerçirilməsində dəstəyini əsirgəməyən  insanlara və tədbirə gələn qonaqlara öz təşəkkürünü bildirib.

Çıxışçılar arasında yer alan Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Əsəd Cahangir, İsmayıl Şıxlının övladı Elçin Şıxlı, professor Təyyar Salamoğlu, yazıçı Şərif Ağayar və Mənzər Niyazlı İsmayıl Şıxlının əsərlərindən, onun yaradıcılığının müasir ədəbiyyata olan təsirindən, kitabın Azərbaycan və Türkiyə ədəbiyyatı üçün əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda qonaqlar müəllifə yaradıcılıq fəaliyyətində uğurlar arzu ediblər.

Oğuz 

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
Hamısı