ABŞ-nin prezidenti Donald Tramp Silvester Stalloneni, Mel Gibsonu və Con Voytu Hollivudda xüsusi səfir təyin edib.
"EDnyus" xəbər verir ki, aktyorlar Hollivudun son dörd ildə düşmüş nüfuzunu bərpa etməyə çalışacaqlar.
"Bu üç çox istedadlı insan mənim gözlərim və qulaqlarım olacaq və onlar nə təklif etsə, mən onu edəcəyəm", - prezident bildirib.