Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa 89 yaşında vəfat edib.
“EDnews” xəbər verir ki , bu barədə onun oğlu məlumat verib.
“Təəssüflə bildiririk ki, atamız Mario Varqas Lyosa bu gün Limada ailəsinin əhatəsində dinc şəkildə vəfat edib”, – yazıçının övladlarının bəyanatında deyilir.
Qeyd edək ki, Mario Varqas Lyosa Peru yazıçısı, Latın Amerikasının ən böyük müəlliflərindən biri, 2010-cu il Ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır. Onun yaradıcılığı roman, esse və pyes kimi janrları əhatə edir və tez-tez Latın Amerikasındakı siyasi və sosial vəziyyətin tənqidini özündə ehtiva edir. Onun məşhur əsərləri arasında “Şəhər və itlər”, “Keçi bayramı” və “Kafedralda söhbət” var.
Fatimə Mərdanlı // EDnews