Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov dünyasını dəyişib.
“EDnews” xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, professor Bədəlov uzun sürən onkoloji xəstəlik səbəbindən həyatını itirib.
Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, "Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi", "Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi", "Zərdobalı adam: kino üçün sənədli fantaziya" adlı bir neçə kitabın müəllifi və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalənin müəllifi olaraq tanınır.