Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisi açılıb

Mədəniyyət 13:08 17.05.2025

Mayın 17-də Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın sərgisinin açılışı olub.Bakıda isə məhz Heydər Əliyev Mərkəzindəki sərgi üçün təqdim olunan bir sıra yeni əsərlər nümayiş etdirilir.

EDnews xəbər verir ki, “Əbədiyyətin ifadəsi” sərgisində müəllifin rəngkarlıq, heykəltaraşlıq sahəsində əsərləri təqdim edilir. Braziliyalı rəssamın məhz Azərbaycanda ilk dəfə nümayiş olunan əsərləri də yer alıb.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Luiz de Souzanın əsərləri dünyanın müxtəlif sərgilərində nümayiş olunur.

Braziliya Federativ Respublikasının Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Heydər Əliyev Mərkəzində irəli sürülən bu təşəbbüsə görə minnətdarlığını bildirib.

Braziliyalı rəssam Luiz De Souza özünəməxsus gözəlliyi, zəngin tarixi olan Azərbaycanın incəsənətə nə dərəcədə böyük dəyər verdiyinin şahidi olduğunu bildirib.

Ekspozisiyadakı sənət nümunələrinin leytmotivi Luiz de Souzanın zamanla münasibətindən qaynaqlanır. Müəllif hesab edir ki, rəsm çəkərkən zaman fərqli şəkildə keçir və bu halda zaman riyazi hesabla deyil, xüsusi ölçü ilə davam edir.

Zaman mövzusu Luis de Souzanın ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən “Gerisayım” adlı tablosunun da əsas mövzusunu təşkil edir. Rəssamın fon kimi istifadə etdiyi dünyada moped sürən şəxs saat əqrəbinin əksinə hərəkət edir.

Sanki zamanı geri qaytararaq keçdiyi yolu yenidən gedirmiş kimi. Bu əsər gerisayımı simvolizə edərək insanın Yer kürəsinə təsirini vurğulayır. Rəssam bununla bəşəriyyətin fəaliyyətinin yeni bir kütləvi məhv prosesinin başlanmasını sürətləndirdiyini vurğulayır.

Luiz de Souzanın yeni əsərləri sırasında geriyə qayıtmaq və keçmişi fərqli şəkildə yaşamaq ideyasını əks etdirən “Zaman səyahətçiləri”, zamanın bizim cəmiyyətimizlə müqayisədə nə qədər böyük olduğunu simvolizə edən “Zamanda qərq olan” adlı tabloları da yer alıb.

Luiz de Souzanın istedadı və sənətə marağı üç yaşında ikən rəsm çəkməyə və heykəltəraşlıqla məşğul olmağa başladığı vaxt ortaya çıxıb.

Mədinə Məmmədova//EDnews

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
ABŞ Quamda B-2 strateji bombardmançılarını yerləşdirir
20:13 21.06.2025
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
Hamısı