"Qurdlar Vadisi Pusu"nun 2012-ci ildə çəkilən 159-ci bölməsində xüsusi hazırlanan "Ərdoğan" yazılı məzar daşıyla bağlı Prezident Ərdoğanın nə deyəcəyi maraq mövzusu olub.
Pana Filmin "Qurdlar Vadisi Darbe" filminin marka qeydiyyatını və Veb saytını 15 İyul dövlət çevrilişi cəhdindən 2 ay əvvəl alması "çevrilişdən xəbərləri var idimi?" sualını yaratdı. Bu mübahisələr davam edərkən "Qurdlar Vadisi Pusu"nun 2012-ci ildə çəkilən 159-ci bölməsindəki "Ərdoğan" yazılı məzar daşı yenidən gündəmə gəldi.
ELƏ BİR MƏZAR DAŞI YOXDUR
Beyaz TV ekranlarında yayımlanan "Söyləməzsəm Olmaz" proqramında o vaxt çəkildiyi qəbiristanlığa gedən proqram qrupu "Ərdoğan" yazılı məzar daşının üzərində başqa bir ad yazıldığını müəyyən edib.