Dünyanı ən güclü okean cərəyanının təsirlərindən necə qoruya bilərik?

Ekologiya 09:21 06.03.2025

Antraktida cərəyanının iqlimə, qida sistemlərinə və Antraktida ekosistemlərinə dərin təsiri var. Bəs görəsən biz onun zəifləməsinə 2050-ci ilə qədər mane ola bilərikmi?

Antraktidanı saat əqrəbi istiqamətində dövr edən Antarktik Dairəvi Cərəyanı planetin ən güclü okean cərəyanıdır. O, Qolfstrimdən beş dəfə, Amazon çayından isə 100 dəfə güclüdür.

O, Sakit, Atlantik və Hind okeanlarını birləşdirən okean kəmərinin bir hissəsidir. Bu sistem Yer kürəsinin iqlimini tənzimləyir, suyu, istiliyi və qida maddələrini dünya üzrə paylayır. 

Lakin Antraktidanın əriyən buzlaqlarından gələn, soyuq su duzlu okean suyu okean cərəyanını pozmaq təhlükəsi yaradır. 

Yeni tədqiqatlar göstərir ki, Antarktik Dairəvi Cərəyanı 2050-ci ilə qədər 20% yavaşlayacaq. Bunun səbəbi isə qlobal istiləşmədir. 

Bu cərəyan isti suyu uzaqda saxlayaraq həssas buz örtüklərini qorumağa kömək edir. Eyni zamanda, Cənub öküz şibi kimi invaziv növlərə və bu yosunların üstündə qitəyə doğru sürüklənən heyvanlara maneə yaradır, onların yayılmasını məhdudlaşdırır.

Bundan əlavə, Yer kürəsinin iqliminin tənzimlənməsində mühüm rol oynayır. Lakin Qolfstrim (ABŞ-ın şərq sahili), Kuroşio cərəyanı (Yaponiya yaxınlığı) və ya Aqulhas cərəyanı (Cənubi Afrika sahilləri) kimi daha yaxşı öyrənilmiş okean cərəyanlarından fərqli olaraq, Antarktik Dairəvi Cərəyan hələ tam başa düşülməyib. Bunun əsas səbəblərindən biri onun uzaq və əlçatmaz mövqeyidir, bu da birbaşa ölçmələrin aparılmasını xüsusilə çətinləşdirir.

 İqlim dəyişikliyinin dünyaya təsiri

İqlim dəyişikliyi nəticəsində  okean cərəyanları temperatur dəyişikliklərin və dəniz buzlaqlarının yayılmasına təsir göstərir.Bu səbəbdən, qlobal okean kəməri iqlim dəyişikliyinin müxtəlif təsirlərinə qarşı həssasdır.

Əvvəlki araşdırmalar göstərmişdi ki, bu kəmərin  vacib hissəsi  çökmə riski ilə üzləşə bilər. Nəzəri baxımdan, Antraktida ətrafında istiləşən su cərəyanı sürətləndirməlidir, çünki cərəyanın gücü suyun sıxlığı dəyişiklikləri və küləklər tərəfindən müəyyən edilir. İsti su daha az sıxlığa malikdir (yəni daha yüngüldür), bu isə cərəyanın sürətlənməyinə səbəb olmalıdır.

Lakin indiyə qədər aparılan müşahidələr göstərir ki, cərəyanın sürəti son onilliklərdə nisbətən sabit qalıb. Bu sabitlik, ətrafdakı buzların əriməsinə baxmayaraq davam edir, halbuki bu hadisə əvvəlki elmi müzakirələrdə tam araşdırılmamışdı. Okean modelləşdirməsindəki irəliləyişlər, gələcəkdə baş verə biləcək dəyişiklikləri daha dərindən araşdırmağa imkan verir.

Biz Antarktik Dairəvi Cərəyanı öyrənmək üçün Avstraliyanın ən sürətli superkompüteri və iqlim simulyatorundan istifadə edirik. AXIS OM2-01 superkomputeri Avstraliyanın müxtəlif universitetlərindən gələn tədqiqatçılar tərəfindən Avstraliya Okean və Dəniz Buzu Modelləşdirmə Konsorsiumu çərçivəsində hazırlanıb. Bu model digər modellərin tez-tez gözdən qaçırdığı burulğanları da izləyə bilir, buna görə də cərəyanın sürətinin və istiqamətinin istiləşən dünyada necə dəyişəcəyini daha dəqiq qiymətləndirmək istiqamətində daha etibarlı üsuldur. O, buzların əriməsi ilə okean dövranı arasındakı mürəkkəb qarşılıqlı əlaqələri dəqiqliklə izləyir.

Bu gələcək proqnozda, Antraktidanın əriməsindən yaranan soyuq, təzə su şimala doğru hərəkət edir və dərin okeanı doldurur. Bu proses okeanın sıxlıq quruluşunda əsaslı dəyişikliklər yaradır. Okean istiləşməsinin təsirinə qarşı çıxaraq, cərəyanın ümumi sürətinin 2050-ci ilə qədər 20%-ə qədər yavaşlamasına səbəb olur. 

 Genişmiqyaslı nəticələr

Zəifləmiş Antarktik Dairəvi Cərəyanının nəticələri dərin və genişmiqyaslıdır. Antraktida ətrafında qida maddələri ilə zəngin suları dövran etdirən əsas cərəyan olaraq, bu cərəyan Antraktida ekosistemində çox mühüm rol oynayır. Cərəyanın zəifləməsi, qida maddələrinin və istiliklərin düzgün yayılmasını poza bilər, bu da Antraktida ekosistemindəki canlılara və qlobal miqyasda dəniz həyatına ciddi təsir göstərəcək. Cərəyanın zəifləməsi bioloji müxtəlifliyi azaldara bilər və bir çox sahil icmalarının asılı olduğu balıqçılıq məhsuldarlığını azaldar. Eyni zamanda, invaziv növlərin, məsələn, Cənub öküz şibini Antraktidaya gətirməsinə şərait yarada bilər ki, bu da yerli ekosistemləri və qida zəncirlərini pozaraq ciddi təsirlər yaradar.

Zəifləmiş cərəyan həmçinin isti suyun daha cənuba nüfuz etməsinə imkan verə bilər, bu da Antarktida buz rəflərinin əriməsini sürətləndirər və qlobal dəniz səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Daha sürətli buz əriməsi, cərəyanın daha da zəifləməsinə yol aça bilər, bu da cərəyanın yavaşlaması üçün fəlakətli dövrə gətirib çıxarar.

Bu pozulma, qlobal iqlim nümunələrinə də təsir göstərə bilər, okeanın atmosferdəki artıq istilik və karbonu udaraq iqlim dəyişikliyini tənzimləmək qabiliyyətini azaldar.

 Emissiyaları azaltma hərakatı

Tədqiqatlarımız Antarktik Dairəvi Cərəyanı üçün pessimist proqnoz təqdim etsə də, gələcək əvvəlcədən müəyyən edilməyib. İstixana qazlarının emissiyalarını azaltmaq üçün birgə səylər hələ də Antraktida ətrafında əriməni məhdudlaşdıra bilər. Cənub Okeanında uzunmüddətli tədqiqatların qurulması bu dəyişiklikləri dəqiq izləmək üçün çox vacib olacaq.

Proaktiv və əlaqələndirilmiş beynəlxalq tədbirlərlə iqlim dəyişikliyinin okeanlarımıza təsirlərini həll etmək və potensial olaraq qarşısını almaq şansımız var. 

Müəllif: Taymur Sohail və Bişakdata Qayen

Mənbə: BBC

Azərbaycan dilinə tərcümə: Mədinə Məmmədova

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
Hamısı