Borcların silinməsinə başlandı Yeni nazirdən tapşırıq

İqtisadiyyat 12:03 09.01.2018

İş adamlarına borcların əsassızlığını sübut edən sənədlərin vergi orqanlarına təqdim olunması istənilir 

Vergilər Nazirliyində rəhbər dəyişikliyi baş verərkən  sahibkarlar, ekspertlər vergi sistemində dəyişikliyə ehtiyacı olan istiqamətləri qeyd edərək, Mikayıl Cabbarovun məhz həmin sahələrə diqqət yetirməsinin gərəkdiyini bildirmişdilər.

Yeni nazirdən ən çox gözləntisi olanlar, əlbəttə, sahibkarlardır.  Xatırladaq ki, Fazil Məmmədovun rəhbərliyi altında olarkən vergi orqanları ilə sahibkarlar arasında ciddi problemlər yaranmışdı. Belə ki, büdcə proqnozuna əməl olunması bəhanəsi ilə minlərlə sahibkara əsassız vergilər hesablanıb. Hesablanan vergini ödəməyənlərə irihəcmli cərimələr yığılıb, bir çoxları məhkəməyə verilib, əmlakı müsadirə olunub. Bir çox hallarda Vergilər Nazirliyinin hesabladığı borclara görə məhkəməyə müraciət edən sahibkarın hüquqları pozularaq, məhkəmənin yekunu gözlənmədən hesablarına həbs qoyulub, əmlakı əlindən alınıb.

Qeyd edək ki, vergi orqanlarının bu fəaliyyəti son vaxtlar bütün ölkəboyu narazılıqlara səbəb olmuşdu. İş o yerə çatmışdı ki, vergi orqanları ölkədə sahibkarlığın inkişafını əngəlləyən başlıca maneəyə çevrilmişdi. Fazil Məmmədov vəzifəsindən alınandan sonra aparılan müzakirələr göstərdi ki, bu narazılıqlar, vəziyyətin kritik həddə çatması müxtəlif dövlət qurumlarına məlum olub və həmin qurumlar mümkün olan qədər sahibkarların haqlı mövqeyi nəzərə alınıb.

Məsələn, Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyevin mətbuata verdiyi açıqlamaya görə, 2016-cı ildə inzibati-iqtisadi məhkəmələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən Vergilər Nazirliyinin struktur qurumlarına qarşı qaldırılmış 869, 2017-ci ilin birinci yarısında 218, cəmi 1087 iddiaya baxılıb. Bunlardan 688 (63,3 faiz) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9 faiz) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8 faiz) iddia isə mümkün sayılmayıb: "Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir”.

Lakin məhkəmələrin bu qərarları vergi orqanlarının sahibkarlara yönəlik mövqeyini dəyişmək üçün yetərli olmadı. Getdikcə artan narazılıqlar sonda ölkə rəhbərliyinin diqqətinə çatdırıldı və F.Məmmədov nazir postu ilə vidalaşmalı oldu. M.Cabbarovun təhsil naziri postundan Vergilər Nazirliyinə rəhbər gətirilməsi müəyyən qədər gözlənilməz olsa da, son günlərdə baş verənlər seçimin düzgün və məqsədli olduğunu göstərməkdədir.

Belə ki, biznes çevrələrindən "Yeni Müsavat”a verilən məlumatlara görə, yeni ilin ilk günlərindən etibarən əvvəlki illərdə çoxsaylı sahibkarlara, şirkətlərə hesablanmış vergi borclarının ləğv olunması prosesinə start verilib. Bununla bağlı iş adamlarına müraciət olunaraq, borcların əsassızlığını sübut edən sənədlərin hazırlanaraq vergi orqanlarına təqdim olunması istənilir.

Aldığımız məlumata görə, sahibkarların vergi orqanlarından narazılıqlarının qısa müddətdə aradan qaldırılması, bu iki subyekt arasındakı münasibətlərin qarşılıqlı əməkdaşlıq müstəvisinə keçirilməsi barədə ölkə rəhbərliyi tapşırıq verib. M.Cabbarovun qarşısına qoyulan ilk və əsas vəzifə məhz bu münasibətləri səmərəli müstəviyə keçirmək, vergi sistemini sahibkarlığın inkişafına təkan verən quruma çevirməkdir.

Yeni nazir isə bir aya yaxın müddətdə situasiyanı öyrənərək, yeni ilin ilk günlərindən narazı sahibkarların problemlərinin həlli istiqamətində fəaliyyətə başlayıb. Bu zaman ilk növbədə əvvəlki illərdə hesablanmış, ödənilməyən, yaxud ödənilməsi mümkün olmayan borcların silinməsi prosesinə start verilib. Eyni zamanda fəaliyyətdə olan sahibkarlara hesablanan və onların əsassız hesab etdikləri vergilərlə bağlı problemlərin həlli üçün də fəaliyyətlərə başlanılıb.

Mənbələrimizin verdiyi məlumata görə, vergi əməkdaşlarına bütün bu prosesləri ajiotaj yaratmadan, cəmiyyətdə vergi orqanlarına qarşı mənfi münasibət formalaşdırmadan aparmaq tapşırılıb.("Yeni Müsavat")

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
Hamısı