Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,5 dollar azalaraq 85,28 dollar təşkil edib. Bloomberg-in verdiyi məlumata görə isə Brent markalı neftin bir bareli 84.34 dollara çatıb.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub. Neft bazarında qiymət dəyişikliyi İranın fəaliyyətləri ilə bağlı olduğu güman edilir