SON DƏQİQƏ: - Nazir iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad etdi | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


SON DƏQİQƏ: - Nazir iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad etdi

İqtisadiyyat A- A A+

Kənd Təsərrüfatı naziri İnam Kərimov daha iki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktorunu vəzifəsindən azad edib.

Eurasia Diary-nin oxu.az-a istinadən məlumatına görə, nazirin imzaladığı əmrə əsasən, Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları vəzifələrindən azad olunublar.  

Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar. Onların yerinə təyinat yoxdur.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a faktı təsdiqləyiblər.  

Qeyd edək ki, bundan əvvəl Kürdəmir və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları da işdən azad ediliblər. 

Ötən ay Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Rövşən Yəhyayev isə İsmayıllı DAİM-in direktoru vəzifələrinə təyinat alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...