Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) satışa çıxarılan Aşdod neft emalı zavodunu almaqda maraqlıdır. Bu barədə Eurasia Diary İsrail KİV-lərinə istinadən xəbər verir.
Bunun üçün SOCAR-ın yerli tərəfdaşa ehtiyacı olduğundan, Azərbaycan təmsilçiləri bir neçə İsrail şirkəti ilə danışıqlar aparırlar.
Aşdod neft emalı zavodunun əsas alıcı namizədləri İsraildəki “Şafir Andasa” və “Aspen”dir.
Xatırladaq ki, SOCAR İsrail üçün əsas neft tədarükçüsüdür. Şirkət Azərbaycanın özündə iki, Türkiyədə isə bir neft emalı kompleksinə sahibdir. Bundan əlavə, SOCAR Azərbaycan, Türkiyə, Gürcüstan, Rumıniya və İsveçrədə yanacaqdoldurma stansiyaları şəbəkələrinə sahibdir.