Özbəkistan və Türkmənistan Xarici İşlər Nazirlikləri 21 sentyabr tarixində virtual siyasi məsləhətləşmələr aparıblar.
Eurasia Diary AKIpress saytına istinadən xəbər verir ki, Özbəkistan nümayəndə heyətini xarici işlər naziri Əbdüləziz Kamilov idarə edib. Türkmənistan nümayəndə heyətinə Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov rəhbərlik edib.
Müşavirələrdə siyasi, iqtisadi, elmi, texniki, nəqliyyat, mədəni, humanitar sahələrdə və su ehtiyatlarında mövcud ikitərəfli əməkdaşlıq və onun perspektivləri müzakirə edilib.
Tərəflər Özbəkistan-Türkmənistan İşgüzar Şurasının ilk iclasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti danışıqlarının vaxtını nəzərdən keçiriblər.
Xarici İşlər Nazirləri Özbəkistan-Türkmənistan-İran-Oman beynəlxalq nəqliyyat dəhlizi üzrə Aşqabad razılaşmasının ən qısa müddətdə həyata keçirilməsinə dəstək olduqlarını dilə gətiriblər.
COVID-19 pandemyasına qarşı birgə səylər və ikitərəfli əməkdaşlığa pandemiya təsirlərinin azaldılması barədə də fikir mübadiləsi aparılıb.