Davos İqtisadi Forumu pandemiya ilə mübarizədə innovativ həll yollarını müzakirə edəcək

İqtisadiyyat 14:33 26.01.2021

Dünya İqtisadi Forumunun 25-29 yanvar tarixlərində “Davos gündəliyi 2021” tədbiri keçirilir. Hər il baş tutan ənənəvi Davos İqtisadi Forumu bu il pandemiya ilə bağlı təhlükəsizlik tədbirləri səbəbindən virtual formada öz işinə davam edəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ayhan Satıcı bildirir ki, tədbir çərçivəsində bir çox iqtisadi, sosial, ekoloji və texnoloji məsələlər, o cümlədən, iqtisadiyyatın davamlı inkişaf sistemləri, sənaye transformasiyası və inkişafı, qlobal resurs idarəçiliyin inkişafı, Dördüncü Sənaye İnqilabının texnoloji imkanları, qlobal və regional əməkdaşlığın inkişafı kimi mövzular ətrafında dünya liderlərinin, iş adamlarının, beynəlxalq təşkilat üzvlərinin və s. iştirakçıların müzakirəsi olacaqdır. Pandemiyanın qlobal səviyyədə yaratdığı sistematik dəyişikliklər, 2020-ci ildə ortaya çıxan problemlər və 2021-ci ildə bəşəriyyəti gözləyən digər aktual məsələlər də Forumun müzakirə mövzularındandır. Həmçinin, Davos gündəliyi çərçivəsində COVİD-19 pandemiyasının vurduğu zərərlərin minimallaşdırılması üçün innovativ, dayanıqlı və inkişafa meyilli institusional yanaşmaların müzakirəsi də gözlənilir.

“Davos gündəliyi 2021” tədbiri Dünya İqtisadi Forumunun “Böyük Sıfırlama Təşəbbüsü”-ün başlamasına və yazda baş tutması gözlənilən xüsusi illik görüşün hazırlıqlarına öz töhfəsini verəcəkdir.

Ayhan Satıcı bildirir ki, “Davos gündəliyi 2021”-in bu il çatdırmaq istədiyi əsas mesajlardan biri “İnamın bərpa edilməsi üçün həlledici il” (A Crucial Year to Rebuild Trust) mövzusudur. Tədbir 70 ölkəni əhatə edən 1500-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin iştirakı ilə 5 proqram mövzusundan ibarət olacaqdır. Həmin proqramların mövzuları hər bir gün olaraq 25-29 yanvar tarixlərində planlaşdırılıb. Belə ki, “Davamlı və dayanıqlı iqtisadi sistemlərin dizaynı”, “Məsuliyyətli sənayə transformasiyası və inkişafı”, “Qlobal resurs idarəçiliyin inkişafı”, “Dördüncü Sənaye İnqilabının texnoloji imkanları” və “Qlobal və regional əməkdaşlıqların inkişafı” mövzuları müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə yaradılıb. Forum steykholder kapitalizmi ideyasını davamlı olaraq müdafiə və təbliğ edir. Forumun rəhbəri porofessor K. Şvabın müdafiə etdiyi steykholder kapitalizmi bütün maraqlı tərəflər (steykholderlərin) maraqlarının qounmasını iqtisadi inkişaf üçün vacib hesab edir. Forumun hər il keçirilməsində əsas məqsəd ‎dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, ‎iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini, aktual problemləri və gələcəklə bağlı gözləntiləri müzakirə etməkdir.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Hamısı