"Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq şəffaflaşması dövlətbüdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir".
Ednews xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" səhifəsində yazıb.
"2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2% artaraq 15 mlrd. 541,5 mln. ₼ təşkil edib. Bu dövr əzrində qeyrineft-qaz sektoru üzrə daxilolmalar isə 27,9% artaraq 8 mlrd. 134,9 mln. ₼ olub" - deyə nazir qeyd edib.