Dollara tələbat niyə azalıb? - Ekspertdən ŞƏRH - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Dollara tələbat niyə azalıb? - Ekspertdən ŞƏRH

İqtisadiyyat A- A A+

Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən ilk dəfə olaraq valyuta sifarişi verilməyib. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1,5 milyon dollar olub.

Ümumiyyətlə, diqqət yetirsək görərik ki, 2023-ci il başlayandan hərraclarda satışın azalması tendesiyası müşahidə edilir. Belə ki, yanvarın 5-də ilin ilk hərracında 52,7 milyon dollar satıldığı halda, növbəti hərraclarda rəqəm uyğun olaraq 51,2 milyon, 35 milyon, 18,7 milyon, 1,5 milyon olub və nəhayət sonuncu hərracda tələb sıfıra bərabər olub.

Məsələ ilə bağlı Ednews-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu ilin əvvəlində xarici valyutaya tələbatın aşağı düşməsi gözlənilən idi.

Onun sözlərinə görə, keçən ilin son rübündə  banklar tərəfindən dolların satışı kifayyət qədər yüksək həcmdə həyata keçirilib.

“Bu həm büdcə qarşısında öhdəlikləri yerinə yetirmək üçün neft fondunun daha çox dollar satmaq istəyindən irəli gəlirdi. Çünki bilirsiniz ki, neft fondunda olan valyuta ehtiyatları  manata çevrilərək büdcəyə göndərilir. Çox güman ki, noyabr və dekabr aylarında  bankların böyük əksəriyyəti kifayyət qədər  böyük həcmlərdə valyuta aldıqlarına görə bu ilin əvvəlində dolların təlabatına müəyyən azalmalar müşahidə olunur. Əslində bunu texnika olaraq belə izah etmək olar ki, istənilən halda banklar tərəfindən tələb irəli sürüləndə hərraclarda valyutaya olan ehtiyac öncədən bilinir.  Valyutaya ehtiyacın azalması bankların özlərinin valyutaya olan tələbatının  azalması ilə müşahidə olunur. Çox güman ki, bu vəziyyət qısa müddət sürəcək. Fevral ayının ortalarından sonra, əsasən Novruz bayramı öncəsi ölkədə dollara olan tələbatın artması gözlənilir”.

Natiq Cəfərli dollara olan tələbatın azalmasının başqa səbəbini də açıqlayıb.

“İlin sonunda həmişə iş adamları  növbəti qiymət artımlarının dalğasını önləmək üçün daha çox mal və məhsul sifariş verirlər. Alışları ən azından yanvar ayının sonuna qədər  azladırlar. Bu da valyutaya olan tələbatı azaldır. Dollara o zaman tələbat çoxalır ki, ölkəyə daha çox mal və məhsul idxal olunur. Onların həcmi azaldıqca valyutaya olan tələbat da azalır”.

Yunis Abdullayev 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...