Kartda olan vəsaitlər vergiyə cəlb olunacaq? İqtisadçı ekspertdən AÇIQLAMA

İqtisadiyyat 16:01 06.02.2023
Fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə cəlb olunmasından sonra bank kartlarında olan məbləğdən də vergi tutulması bir çox insanlarda narahatlıq yaradıb.   
 
Hazırda kart sahiblərini bir məsələ düşündürür: Kartlarda olan hansı vəsaitlər vergiyə cəlb olunacaq?
 
Ednews-a danışan iqtisadçı ekspert Asif İbrahimovun sözlərinə görə, qanuvericiliyə edilmiş dəyişiklərdə plastik kartlardan tutulacaq vergi hesablamaları haqqında ciddi bir dəyişiklik edilməyib.
 
“Bu məsələ ölkə daxilində nəğdsiz alış-veriş edən şəxslərin ödənişlərinə şamil edilmir.Ölkə daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlara plastik kart vasitəsilə nağdsız qaydada ödənilən məbləğlərdən əlavə olaraq ƏDV tutulmur. 
 
Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan bank tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir”.
 
Ekspert həmçinin onu da qeyd etdi ki, ilk növbədə kart ödənişləri xaricdən malların alışına görədirsə, həmin əməliyyatların vergiyə cəlb edilməsi qanunvericiliyin tələbinə uyğun olaraq dövlət gömrük orqanları tərəfindən həyata keçirilir. Ölkə xaricinə (qeyri-rezidentlərə) kart köçürmələri iş və xidmətlərin alışına, habelə lotereya və digər yarışlarda iştiraka görə olduqda isə vergilərin hesablanmasını banklar həyata keçirir.
 
“Banklar tərəfindən xaricə ödənişlərə görə kart əməliyyatları üzrə ödəmə mənbəyində verginin tutulması Vergi Məcəlləsinin müvafiq maddələrin tələblərinə uyğun olaraq həyata keçirilir. Beləki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur”.
 
Bəs gün ərzində on minlərlə kart əməliyyatlarının vergiyə cəlb edilib-edilməməsi banklar tərəfindən necə müəyyənləşdirilir?
 
“Plastik kartlar üzrə əməliyyatlar, ilk növbədə, prosessinq mərkəzlərinə ötürülür. Prosessinq mərkəzlərində ödənişin təyinatı avtomatlaşdırılmış rejimdə müəyyən edilir. Bu proses MCC (Merchant Category Codes) kodlar vasitəsilə baş verir. MCC kodlar beynəlxalq ödəniş sistemləri (Visa, Mastercard) tərəfindən müəyyən edilmiş dördrəqəmli kodlardır və hər bir alış-veriş nöqtəsinin növünə əsasən təyin edilir. 
 
Ölkə xaricinə hər hansı bir ödənişi həyata keçirmədən öncə kartın məxsus olduğu bankın internet səhifəsindən MCC kodların siyahısı üzrə həmin əməliyyatın ƏDV-yə və ödəmə mənbəyində vergiyə cəlb edilməsini araşdırmaq mümkündür. Bir sıra hallarda vətəndaşların elektron ticarət qaydasında aldıqları mallara görə bankların plastik kartlardan vergi tutması hallarına da rast gəlinir.  Bunun səbəbi ödəniş nöqtəsinin MCC kodunun sistemdə səhv tanınmasıdır. Bu kimi hallarda fərdi qaydada banka müraciət etməklə problemi aradan qaldırmaq olar”.
 
Son olaraq iqtisadçı onu da vurğuladı ki, əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debat və kredit plastik kartlar) o halda kartda olan pul vergiyə cəlb olunmur.
 
Aynurə İsmayılqızı 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Hamısı