“Azərbaycan hökuməti 2030-cu ilə qədər ölkənin enerji sistemində bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı hədəfləyir”.
Ednews xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” profilində paylaşıb.
Bildirilib ki, bu sahədə görülən işlər çərçivəsində ACWA Power və Masdar şirkətləri ilə layihələr artıq həyata keçirilir.