Rusiyada çirkli pulların hesabına milyardlar qazanan Ruben Vardanyan Qarabağdan qaçıb.
Ednews xəbər verir ki, bu barədə erməni bloger Roman Baqdasaryan məlumat verib.
Onun sözlərinə görə, Vardanyan Qarabağ sakinlərini başına toplayıb və deyib ki, səhhətində ölümcül problemlər var, bu baxımdan Qarabağı tərk etməlidir.
Vida mərasiminin ertəsi günü Vardanyan Qarabağdan gedib.