Bakıda fərdi yaşayış evləri niyə bahalaşıb? - Ekspertlər SƏBƏBLƏRİNDƏN DANIŞIR

İqtisadiyyat 15:00 29.05.2024

İqtisadi və Sosial İnkişaf Mərkəzi verdiyi ümumi məlumatda bildirib ki, son aylarda daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunub. Fərdi yaşayış evləri mənzillərə nisbətən 0.4% daha çox bahalaşıb. Məsələ ilə bağlı ekspertlərin fikrini öyrəndik.

İqtisadçı ekspert Xalid Kərimli Ednews-a açıqlamasında bildirib ki, bunun səbəbi əsasən mövsümlə əlaqəlidir, böyük xarici təsirləri yoxdur.

xalid.jpg

“Hər il yaz, yay aylarında kirayə evlərin qiymətləri digər aylara nisbətən daha çox artır. İnsanların istirahət üçün bağ evlərinə üz tutması fərdi yaşayış evlərinin qiymətlərinin artmasının əsas səbəbidir. Bununla əlaqədar, ümumiyyətlə, bu aylarda daşınmaz əmlak bazarında canlanma olur. Həm mənzillərin, həm də torpaq sahələrinin qiymətlərində artım müşahidə olunur. Bunun da səbəbi yenə kirayələrin qiymətləri ilə bağlıdır. Universitetlərə qəbul imtahanları, tələbə adı almış abituriyentlərin kirayə mənzil axtarışına çıxması, tələbin artması ilə təklifin azalması kirayə mənzillərin qiymətinin artmasına səbəb olur”. 

Ekspert həmçinin vurğulayıb ki, 2023-cü ildə Türkiyədə baş verən zəlzələ son dövrlərdə əhalinin mənzil yox, fərdi yaşayış, yəni bağ evlərinə üz tutmağının əsas səbəbidir. 

Daşınmaz əmlak məsələləri üzrə ekspert Vüqar Oruc saytımıza açıqlamasında bildirib ki, Azərbaycanın 30 ildən çox işğal altında qalan əraziləri azad olunması və bu ərazilərdə infrastruktur bərpası ölkəmizin investisiya cazibədarlığını artırıb. 

ff.jpg

“İnşaat materiallarının və torpaq sahələrinin ucuzluğu insanları tikinti sektoruna yönəldirdi. 2015-ci ildəki devolvasiyadan sonra ölkədə daşınmaz əmlak sektorunda qiymətlərin də bahalaşmasına səbəb oldu. Bu gün Azərbaycana investisiya qoymaq istəyən şəxslər başa düşür ki, ölkədə ən dözümlü yatırım istiqaməti məhz daşınmaz əmlak sektorudur. 2008-2010-cu illərdə azərbaycanda tikinti bumu yaşanırdı. Məsələn, Azərbaycanda mayak vəziyyətdə, təmirsiz bir mənzilə yatırım etdikdən 1 il sonra həmin mənzilin dəyəri 10-12, bəzi ərazilərdə isə hətta 15% artır”.

Ekspert deyib ki, daşınmaz əmlak növləri arasında ən təəccüblü məqam isə son illərdə bəzi ərazilərdəki torpaq sahələrinin dəyərinin 100% artmasıdır. 

Vüqar Oruc onu da vurğulayıb ki, mövsümi artımlardan sonra daşınmaz əmlak sektorunda qiymətlər müəyyən qədər aşağı ensə də əvvəlki qiymətinə dönmür. Hər mövsümi artım başa çatdıqdan sonra qiymətlər əvvəlkindən hər dəfə baha olur.

Ekspertlərin fikrincə, vətəndaşların fərdi yaşayış evlərinə üstünlük verməsi hələ uzun müddət davam edəcək. Çünki belə evlər mənzillərə nisbətən daha təhlükəsiz və dayanıqlı görünür.

Səfər Əlizadə

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Uitkoff planı” rədd edilsə, HƏMAS tamamilə məhv ediləcək"
11:47 31.05.2025
ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər
11:39 31.05.2025
"Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib "
10:50 31.05.2025
Senator Stiv Deyns Bakı-Yerevan sülh prosesinə ABŞ-ın dəstəyini bir daha ifadə etdi
10:21 31.05.2025
Azərbaycan və Dominikan Respublikası arasında diplomatik təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
10:17 31.05.2025
Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi
10:16 31.05.2025
"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj gəlib
10:10 31.05.2025
Can Pyero Qasperini "Roma"da
09:48 31.05.2025
"Fənərbaxça" iki ulduz futbolçu ilə yollarını ayırdı
09:11 31.05.2025
Bazarda keyfiyyətsiz günəbaxan yağları: Bu markalara diqqət edin!
09:05 31.05.2025
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb
09:04 31.05.2025
İranda tələbələr qazdan zəhərləndi: Universitet yataqxanasında təhlükəli hadisə
08:12 31.05.2025
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
07:51 31.05.2025
Tramp Maskı qeyri-adi hədiyyə ilə yola saldı
07:47 31.05.2025
UEFA Çempionlar Liqasında final həyəcanı: PSJ "İnter"lə üz-üzə gəlir
07:33 31.05.2025
Alkoqol içəndə üzünüz qızarır? - Həkim təhlükə barədə xəbərdarlıq etdi
01:55 31.05.2025
Qədim mayalıların yeni sirri ortaya çıxdı
01:06 31.05.2025
Erməni Diasporunun Qaranlıq Tarixi: Yalanlar, Lobbiçilik və Azərbaycan Həqiqətləri
17:36 30.05.2025
"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"
16:06 30.05.2025
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklif qəbul olundu
13:42 30.05.2025
Nigeriyada 60-dan çox terrorçu zərərsizləşdirilib
13:05 30.05.2025
"Türkiyənin davamlı dəstəyinə ümid edirik"
12:57 30.05.2025
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
11:57 30.05.2025
"Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır"
11:21 30.05.2025
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu Oğuz Mirzə yazır...
11:21 30.05.2025
Azərbaycan millisi finalın bir addımlığında Dünya çempionatında həyəcanlı yarımfinal
10:52 30.05.2025
Azərbaycan və Çin arasında vizasız rejimə dair saziş təsdiqləndi
10:40 30.05.2025
HƏMAS Uitkoffun atəşkəs planını qəbul etmədi
10:31 30.05.2025
" İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb"
10:27 30.05.2025
"Əmək bazarında fundamental dəyişikliklər baş verir"
10:08 30.05.2025
Azərbaycan və Pakistan ədliyyə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
09:30 30.05.2025
Rusiya Zaporojyedə hava hücumları həyata keçirdi
09:15 30.05.2025
Pakistan-Əfqanıstan sərhədində qanlı toqquşma baş verib
08:58 30.05.2025
Azərbaycan Almaniya ilə yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir
08:56 30.05.2025
HƏMAS ABŞ-ın atəşkəs planını rədd etdi: "Əsas tələblərimiz yerinə yetirilmir"
08:32 30.05.2025
Di Mariya doğma klubuna qayıtdı
08:21 30.05.2025
Baydenin əvəzinə ABŞ-ni kim idarə edib? - Hökumət araşdırma aparır
08:03 30.05.2025
Antonio Konte “Napoli” ilə yollarını davam etdirir
08:03 30.05.2025
Ceki Çana və Ralph Macchioya qara kəmər verildi
07:27 30.05.2025
Putin Kim Çenə nə vəd edib? Moskva-Pxenyan hərbi ittifaqı yeni mərhələdə
07:14 30.05.2025
Hamısı