Vergidən yayınanlar üçün yeni QƏRAR Artıq onları tanıyacaqsınız!

İqtisadiyyat 10:00 25.06.2023
“Alıcıları “ƏDV Geri Al” layihəsinə cəlb etməklə vergi ödəyicilərinin dövriyyəsinin artırılmasına nail olunub. İl ərzində təqribən 200-300 milyon manat vəsait dövlət büdcəsindən vətəndaşlara geri qaytarılır. Bu, ilk baxışda büdcə üçün ağır maliyyə itkisi olsa da, vətəndaşların vergi ödəyicilərindən kassa çeki tələb etməsi vergi dövriyəsini iki-üç dəfə artırıb. Dövlət də öz növbəsində vergi daxilolmalarından fayda əldə edir”. 
 
Bunu Dövlət Vergi Xidmətinin vergi cinayətləri ilə mübarizədə “çəkindirmə” metodlarından istifadəsinə münasibət bildirən iqtisadçı, vergi məsələləri üzrə ekspert Anar Bayramov Ednews-a açıqlamasında bildirib. Ekspert qeyd edib ki, dünya praktikasında çəkindirmə metodları müsbət nəticələr verir. Lakin Azərbaycanda bunun necə nəticələnəcəyi sual altındadır.
 
Bəs, “çəkindirmə” metodları ("naming and shaming") nədir?
 
Vergidən yayınmanı minimuma endirmək üçün beynəlxalq təcrübədə istifadə edilən üsullardan biri də vergi cinayətləri ilə mübarizədə "çəkindirmə" metodlarının ("naming and shaming") tətbiqidir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu sahədə "Vergi cinayətləri ilə mübarizə - 10 əsas beynəlxalq prinsip" adlı metodologiya xarakterli sənəd qəbul edib.
 
Ölkə iqtisadiyyatı üçün yeni olan bu beynəlxalq metodu şərh edən ekspert A.Bayramovun sözlərinə görə, ölkədə vergidən yayınmanın qarşısını almaq üçün zaman-zaman müxtəlif metodlar tətbiq olunur. 
 
“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) "Vergi cinayətləri ilə mübarizə - 10 əsas beynəlxalq prinsip" adlı metodologiyasından dünyanın bir çox qabaqcıl ölkəsində də istifadə edilir. Bu metodla vergidən yayınan sahibkarlar haqqında əhali məlumatlandırılır, onların adları ictimaiyyətə açıqlanır. Bununla sanki həmin şəxsləri cəmiyyət içində utandırmaqla qanunsuzluğa son qoymağa çağırırlar”. 
 
 
A.Bayramov qeyd edib ki, inzibati metodlar və cəza üsulları vergidən yayınmanın qarşısını almaqda daha çox işə yarayır. Yeni nəsil kassa aparatlarının tətbiqi, vergi yoxlamalarının artırılması, sanksiyaların ağırlaşdırılması kimi metodlar əvvəlki illərlə müqayisədə vergi dövriyyələrinin bir neçə dəfə artmasına səbəb olub. 
 
“Təbii ki, bəziləri yenə də dövlət rüsumundan yayına bilir. Bəzi yerlərdə kartdan kartda ödəniş üsulu ilə bunu davam etdirirlər. Əslində bunun qarşısını alacaq vasitələr də var. Vergi orqanları həmin şəxslərin hesabına gələn vəsaitləri görə bilir. Həmin şəxslər vergi orqanlarına çağırılır, onlarla prafilaktik söhbətlər aparılır. Vergi ödəyicisi olmayan şəxslər də indi kartdan karta pul köçürmələri edir. Təbii ki, onlar istisnadır. Kart hesabına şübhəli hesablardan böyük məbləğlər daxil olursa və ya mütəmadi pul köçürülürsə, o zaman hesab sahibinin sahibkar olduğu, vergidən yayındığı şübhəsi yaranır”.
 
Ekspert vurğulayıb ki, çəkindirmə metodları digər metodlarla müqayisədə daha zəifdir. Çünki digər variantlar manitardır. İstehlakçının özünün maddi marağı olduğu  üçün sahibkar da vergidən yayına bilmir. Bu formada şəffaflıq təmin edilir. 
 
“Həmçinin sanksiyalar nəticəsində gələcəkdə baş verə biləcək böyük maliyyə itkisindən qaçmaq üçün sahibkar bu gün öz uçotunu düzgün qoyur. Yeni metodsa daha çox biznes etikasına əsaslanır. Düşünmürəm ki, ölkədə bütün sahibkarlar adlarının vergidən yayınanların siyahısında görəndə nüfuzlarının zədələnməsindən ehtiyat edəcək. Hətta gəlin etiraf edək ki, bəziləri qanunsuz şəkildə vergidən yayınmaları ilə fəxr edir, bunu özlərinin bacarığı kimi təqdim edirlər, çox vergi ödəyən adama yuxarıdan aşağı baxırlar”. 
 
Ekspertin fikrincə, bu metodun uğur qazanmasında inkişaf etmiş ölkələrdə cəmiyyətin özünün mental dəyərləri, qanunun aliliyi və digər amillər öz sözünü deyir. 
 
“Bizim ölkədə isə biznesdə başqa dəyərlər təəssüf ki, daha üstün hesab edilir. Vergidən yayınanların siyahısında təbii ki, böyük brendlərin, brendləşmiş şirkətlərin adı olmayacaq. Onlarda biznes etikasına yüksək səviyyədə əməl edilir. Orada o şirkətlərin adı olacaq ki, müxtəlif adlarla bir neçə məkan açan eyni şəxsə aiddir. İndi biznes müəssisələri fərqli adamların adına rəsmiləşdirilir. İstehlakçılar şirkətin kimlərə aid olduğunu bilmir. Həmin sahibkarlara qarşı başqa üsullar tətbiq oluna bilər. Adı bir dəfə siyahıya düşən şəxsin tenderlərdə iştirakına məhdudiyyət qoyula bilər. Şirkətlər artıq işini doğru şəkildə yerinə yetirən sahibkarla əməkdaşlıq etmək istəyəndə o siyahıdan seçim edə bilər. Sahibkarlar  da bu zaman adlarının siyahıya düşməsindən ehtiyat edəcəklər, beləliklə, qanunsuz vergi yayınmaları azalacaq”. 
 
Son olaraq A.Bayramov əlavə edib ki, beynəlxalq təcrübənin tətbiqi nəticə olaraq müəyyən qədər effektiv ola bilər. 
 
“Müşahidələr göstərir ki, sahikarlar arasında biznes etikasına əməl edilməsi artır. Bu da müsbət haldır. 15 il bundan əvvəllə indiki dövrü müqayisə etsək, çox böyük irəliləyiş əldə edildiyini görə bilərik. Dövlət tərəfindən atılan addımlar nəticə verməkdədir. Ümid edirəm ki, yeni üsulun tətbiqi də bu sahədə mövcud çatışmazlıqların ortadan qalxmasına kömək edəcək”.
 
 
Törə Zeynal
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Hamısı