İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsində enerji itkisinin təqribən 100 milyard dollar olduğunu bildirib və höküməti qənaətə çağırıb.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Qalibaf parlamentdəki çıxışında məsələ ilə bağlı məlumat verib.
Kalibaf, "Enerji sahəsində ildə təxminən 100 milyard dollar pis istehlakımız var. Bu çox böyük rəqəmdir. Qənaət qərarları xalqın və dövlətin xeyrinə verilməlidir" deyə bildirib
İranda evlərdə istifadə olunan enerjinin dünya ortalamasından 2,5 dəfə çox olduğu bildirilir. Binalarda kifayət qədər istilik izolyasiyasının olmaması və evlərdə istifadə edilən ucuz enerjinin istehlakın artmasına səbəb olduğu bildirilir.
Xəyal Ramiz