Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan neftinin 2024-2028-ci illər ərzində tədricən ucuzlaşacağını proqnozlaşdırır.
Ednews xəbər verir ki, bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb - İF) öz əksini tapıb.
Proqnoza əsasən, əgər 2024-cü ildə Azərbaycan neftinin bir barelinin orta qiyməti 81,9 ABŞ dolları təşkil edəcək, 2028-ci ildə bu göstərici 69,5 dollara enəcək. Belə ki, 2024-2028-ci illər ərzində Azərbaycan neftinin qiyməti 12,4 dollar və ya 15,1% azalacaq.
Qeyd olunur ki, 2023-ci ilin ortalama göstəricisi ilə müqayisədə 2024-cü ildə Azərbaycan nefti 0,6 dollar və ya 0,73% ucuzlaşacaq.
Bildirilir ki, ötən il Azərbaycan neftinin bir barelinin orta qiyməti 82,5 dollar səviyyəsində olub, bu da illik müqayisədə 15,9 dollar və ya 16,2% azdır.
Azərbaycan neftinin qiymətinin illər üzrə dinamikası (BVF qiymətləndirməsinə əsasən):