Çinin iqtisadi böhranı... - Əsas problemləri nələrdir? - ANALİTİKA

İqtisadiyyat 11:38 21.02.2024

"Çin iqtisadiyyatında pandemiyadan sonrakı bərpa prosesinin ləng gedişi beynəlxaq aləmin diqqət mərkəzindədir. Çinin pandemiya dövründə tamamən qapanması ölkə iqtisadiyyatına mənfi təsir edib. Statistik rəqəmlər də Çin iqtisadiyyatının zəiflədiyini göstərir. Sənaye və tikinti sektorunda fəallıq xeyli azalıb, məşğulluq indikatoru  aylardır enişdədir. Bu proses 2020-ci ildən başlayaraq bugünə qədər davam edir. Çin dünyanın ən böyük istehlakçısıdır. Ona görə də Çində hazırki iqtisadi vəziyyət dünyadakı xammal və enerji bazarına da mənfi təsir edib". 

Ednews xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Çinin üzləşdiyi əsas problemlərdən biri ölkədə işsizliyin artmasıdır. Rəsmi rəqəmlər 2023-cü ildə Çin şəhərlərində işsizlik həcminin 5.2 faiz civarında olduğunu göstərsə də, iqtisadi ekspertlər real rəqəmlərin bundan fərqli olduğu qənaətindədirlər:

"Müxtəlif hesablamalara görə, Çində işsizliyin miqyası ildən ilə artır və 20 faizə yaxınlaşıb. Gənclər arasında işsizliyin miqyası daha böyükdür.  Çində hər il ali təhsil ocaqlarını milyonlarla gənc bitirir, bu qədər gəncə isə iş tapmaq çətindir. Ali təhsilli gənclər zavod və fabriklərdə işləmək istəmirlər və onlar ixtisaslarına uyğun iş tapana qədər valideylərindən asılı olurlar. 

Çində 16-24 yaşlı gənclərin 21.3 faizinin işsin olduğuna dair hesablamalar var. Bu pandemiyadan əvvəlki dövrdən bir neçə dəfə çoxdur. Pekin Universitetinin professoru Çjan Dandanın yazdığı elmi məqaləsində Çində gənclərin tən yarısının işsiz olduğu göstərilib. Bunların böyük əskəriyyəti ali təhsillidir. Çin iqtisadiyyatı ölkədəki gənclərin mütləq əksəriyyətinə yeni iş yerləri yarada bilmir. Çində son illər gənclər maliyyə və informasiya texnologiyaları üzrə diplomlar alırlar. Ancaq problem ondadır ki, Çində bu sahələrdə yerlər tutulub və boş vakansiyalar azdır. Ona görə də maliyyə və informasiya texnologiyaları üzrə ixtisaslaşan gənclər ya az maaşlı işlərdə çalışmalı, ya da bir müddət işsiz qalmalıdırlar". 

Mərkəzin ekspertləri vurğulayırlar ki, Çində maaşların aşağı səviyyədə olması da işsizliyin artmasına səbəb olan amillərdəndir:

"Çində zavod və fabrik işçiləri ilə yanaşı kənd təsərrüfatında çalışanların gəlirləri də aşağı səviyyədədir. Bu arada, Çinə xarici investisiyaların axını azalıb. 2023-cü ildə Çinə xarici investisiyanın həcmi 1993-cü ildən bu yana ən aşağı səviyyədə olub. Bu Çinin xarici ticarətinin zəifləməsinə gətirib çıxarıb, ixdal və ixrac əməliyyatları azalıb. Mövcud vəziyyət Çinin yürütdüyü xarici siyasətlə də bağlıdır. Çinin regional siyasəti böyük dövlətlərlə yanaşı böyük maliyyə təşkilatlarının da narahatlığını artırıb. Çin hərbi gücünü artırmaq üçün müdafiə sahəsinə hərbi xərcləri artırıb. Qərb ölkələri yüksək texnologiyalar sahəsində Çinlə əməkdaşlıqdan imtina edirlər. Çünki Qərb ölkələri Pekinin həmin texnologiyalardan müxtəlif dövlətlərə qarşı istifadə etdiyindən narahatdırlar. Çin iqtisadiyyatı xarici ticarətə kökləndiyindən bu sahədə azalma Çinin digər sahələrinə də mənfi təsir edir. Xarici investorlar Çini Hindistan, Vyetnam və digər ölkələrlə əvəz etməyə başlayıblar. Xarici maliyyə axını bu ölkələrə yönəlib".

Oğuz

Paris Şuşada təslim oldu

Xəbər xətti

Xankəndidəki uşaq bağçasında Silahlı Qüvvələr Günü qeyd edilib
16:03 25.06.2025
Çin ağcaqanad ölçüsündə PUA hazırladı
15:48 25.06.2025
"Kaş ki, daha güclü liqalara üz tutardı" -Ballak Leroy Sanenin seçimindən danışdı
15:36 25.06.2025
Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
15:21 25.06.2025
Baydenin əvəzinə sənədlərə o imza atırmış
15:06 25.06.2025
FIFA irqçi təhqirə görə Meksika klubunun oyunçusuna qarşı iş açdı
14:51 25.06.2025
"Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil"
14:36 25.06.2025
"Morning Midas"-ın necə yandığı məlum oldu
14:21 25.06.2025
ABŞ meqapolisləri istilikdən boğulur
14:06 25.06.2025
"Fransanın bölgədə xlordekon pestisidindən istifadəsi ciddi nəticələr doğurub"
13:51 25.06.2025
Moskva Ermənistanda hakimiyyətin qanuniliyində maraqlıdır
13:36 25.06.2025
"Ermənistanın bugünkü səyi - Azərbaycan diplomatiyasının təsirini etiraf etməkdir"
13:21 25.06.2025
“Bakı Fond Birjası” ötən il 1 milyon manat zərər edib
12:58 25.06.2025
Kibercasusluq: Gizli əməliyyatlar necə aşkar olur?
12:35 25.06.2025
Günəşdəki partlayışlar 72 saat ərzində planetdə iqlim cəhənnəmi yarada bilər
12:28 25.06.2025
" İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir"
12:25 25.06.2025
İrlandiyada "ilah kral" mifi təkzib olundu
12:08 25.06.2025
Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalanıb
12:02 25.06.2025
Ermənistan höküməti ilə erməni kilsəsi arasında gərginlik səngimir
11:46 25.06.2025
Şahzadə Harri ailəsiylə barışır
11:25 25.06.2025
Britaniya ABŞ-dən F-35A qırıcısı alacaq
11:09 25.06.2025
Daşınmaz əmlak nədir və hansı növləri var?
10:52 25.06.2025
"ABŞ bazasına zərbə Qətərin suverenliyini pozmaq məqsədi daşımırdı"
10:43 25.06.2025
Çin lideri BRİCS sammitində iştirak etməyəcək
10:42 25.06.2025
Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?
10:38 25.06.2025
Messidən daha bir unikal nəticə -33-cü dəfə...
10:15 25.06.2025
İran məhsulları bahalaşacaq?
10:07 25.06.2025
"İranın nüvə obyektləri məhv edilməyib"
09:27 25.06.2025
Beş ölkə Rusiya ilə sərhəddi minalayacaq
09:16 25.06.2025
İsmayıl Qaaninin ölüm xəbəri təkzib edildi
09:01 25.06.2025
"Azərbaycanı vura bilərik" -Fars ekspertdən sərsəm iddia
08:55 25.06.2025
Azərbaycan Məktəblərində Çin dilinin tədris oluna bilər
08:40 25.06.2025
"Lion"İkinci liqaya göndərildi
08:10 25.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
07:35 25.06.2025
Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
Hamısı