Dünyada dəyişən enerji maraqları və siyasi çaxnaşmalar bir çox dövlətlərin energetika sahəsindəki mövqelərinin dəyişməsinə səbəb olub.
Ednews ərəb mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı özünün neft ixracını ciddi şəkildə azaldıb.
Dəyəri 2 trolyon dollardan çox olan Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco" və ondan sonra ikinci ən böyük neft şirkəti olan "ExxonMobile" özlərinin neft hasilatını 12% azaldıblar.
Xəbərə görə, səhranın kralları ləqəbi ilə tanınan bu şirkətlərin enerji ilə təmin etdiyi dövlətlər arasında Aİ və ABŞ yer alır.
Qeyd edək ki, bu şirkətlər son vaxtlarda neftə olan təlabatı azalmasından istifadə edərək öz ixrac həmclərinə limit qoyublar. Bu şirkətlərin açıqlamalarına görə neftin yenidən dəyər qazanacağı gözlənilir.
Fərid