Dövlət Vergi Xidməti: Rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilməyəcək

İqtisadiyyat 15:32 22.04.2024

2025-ci ilin yanvarın 1-dən etibarən Vergi Məcəlləsində müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilməyəcək.

Bu barədə Ednews İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, bəzi sahələrdə faktiki xərclərin çəkilməsinə baxmayaraq, həmin xərclərin sənədlərlə rəsmiləşdirilməsində çətinliklərin mövcudluğunu nəzərə alaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli Qanunun “Keçid müddəaları”nın 2.1-ci maddəsinin müddəalarına görə, sənədlərlə rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasının məhdudlaşdırılması 2025-ci il yanvarın 1-dək 50 % rentabellik nəzərə alınmaqla tətbiq olunacaq.

Eyni zamanda, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin (gəlirin) müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş rentabellik norması aşağı həddə idi ki, bu da öz növbəsində vergi ödəyicilərində uçot aparmağa maraq yaratmır və çəkindirici xarakter daşımırdı. Bununla bağlı, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyənləşdirmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” ləğv edilib. Həmçinin sənədləşdirilməyən xərclərin gəlirdən çıxılmayacağı nəzərə alınaraq, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 %-i miqdarında maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ləğv edilib.

Bunu nümunədə göstərək: A MMC tərəfindən vergi orqanına təqdim edilən mənfəət vergisinin hesabatında 120 min manat gəlir, 100 min manat xərc əks etdirilib və 4 min manat mənfəət vergisi hesablanıb. Lakin vergi orqanı tərəfindən kameral vergi yoxlamasında xərclərə dair sənədlərin tələb edilməsi zamanı cəmiyyət tərəfindən gəlirlərin rəsmiləşdirildiyi, lakin xərclərin 30 min manat hissəsinin sənədlərlə təsdiqini tapdığı, 70 min manat hissəsinin isə rəsmiləşdirilmədiyi müəyyənləşdirilib.

"Kölgə iqtisadiyyatı”nın əhatə dairəsinin azaldılması, vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarını sənədləşdirməyə təşviq edilməsi və uçot intizamının yüksəldilməsi dövlət vergi orqanları qarşısında duran əsas hədəflərdəndir. Bu məqsədlə bazar iştirakçıları arasında əməliyyatların şəffaflaşdırılması və sənədləşdirmə səviyyəsinin qaldırılması baxımından vergi orqanları tərəfindən mütəmadi tədbirlər həyata keçirilir.

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifəsidir. Vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarını sənədləşdirməyə təşviq edilməsi, uçot intizamının yaradılması məqsədilə sənədsiz xərclərin gəlirdən çıxılmasının məhdudlaşdırılması istiqamətində Vergi Məcəlləsinə dəyişikliklər edilib", - DVX əlavə edib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Kallas İrəvana niyə getdi? -Səfərin Pərdəarxası
13:45 02.07.2025
FAO 2 milyard dolları toxuma niyə xərcləyir?
13:30 02.07.2025
“Paramount” Trampdan müsahibə almaq üçün 16 milyon dollar təklif edir
13:10 02.07.2025
Əfqanıstan Mərkəzi və Cənubi Asiyanı birləşdirən regional əlaqə mərkəzinə çevrilmək niyyətindədir
13:00 02.07.2025
Xüsusi qayğıya ehtiyacı olan uşaqların I sinfə qəbulu ilə bağlı prosedur açıqlanıb
12:50 02.07.2025
Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib
12:42 02.07.2025
İran Prezidenti AEBA ilə əməkdaşlığı müvəqqəti dayandırmaq qərarı verib
12:35 02.07.2025
Şuşada 6-cı ECO biznes forumu keçirilir
12:25 02.07.2025
Somalinin hava limanında hərbi helikopter partlayıb – ölənlər var
12:10 02.07.2025
Baş Prokurorluq: Rusiyada azərbaycanlılara qarşı işgəncələr beynəlxalq hüquq normalarına ziddir
12:00 02.07.2025
"Sonra da təəccüblənirik ki, bizi niyə sevmirlər?" -Ksenya Sobçak "Yekaterenburq Hadisələri" haqqında yazdı
11:42 02.07.2025
“Azeri Light” bahalaşdı
11:27 02.07.2025
İrandan Azərbaycana böyük həcmdə narkotik maddə gətirilməsinin qarşısı alınıb.
11:25 02.07.2025
Niderland şahzadəsi əsgərliyə gedir
11:12 02.07.2025
"Xiaomi"nin elektrik avtomobili satış rekordları qırdı - 3 Dəqiqəyə 200 min sifariş....
10:57 02.07.2025
Aktau qəzasıyla bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər
10:44 02.07.2025
"BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi istefaya getməlidir"
10:42 02.07.2025
Süveyş körfəzində qazma qurğusu batıb
10:36 02.07.2025
“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”
10:27 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
10:21 02.07.2025
Fransa ordusu Seneqaldan çıxır
10:12 02.07.2025
"Rusiya və Azərbaycanın arasındakı dostluq münasibətlərini pozmaq istəyənlər var"
10:04 02.07.2025
"Cəmiyyətdə müsabət dəyişikliyə nail olmaq istəyiriksə,qadınları təhsilə cəlb etməliyik"
09:59 02.07.2025
"Google" külli miqdarda təzminat ödəyəcək
09:54 02.07.2025
"Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir"
09:44 02.07.2025
Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır
09:39 02.07.2025
ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb
09:27 02.07.2025
İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
09:24 02.07.2025
"Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil"
09:17 02.07.2025
Klublarası dünya çempionatı: "Borussiya" "Real Madrid"lə görüşəcək
09:09 02.07.2025
PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq
08:54 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
08:38 02.07.2025
Öldürülən qardaşlara işgəncə faktları təsdiqləndi
08:17 02.07.2025
Azərbaycan Polisi – 107 illik xidmət və fədakarlıq!
00:01 02.07.2025
"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
Hamısı