Rəna Qəfərova COP29-un biznesin əlaqələri haqqında fikirlər bildirdi

İqtisadiyyat 10:00 05.07.2024

“Yaşıl iqtisadiyyat”a keçid və “yaşıl enerji” təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Azərbaycan prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu ilin noyabr ayında Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Yaşadığımız iqlim, təbiət günü-gündən çirkəndirilir, tullantıların sayı artır və belə olan halda dünya oksigendən, təmizlikdən məhrum qalır. COP29 tədbiri müddətində paytaxt Bakı dünyanın mərkəzinə çevriləcək, hər kəsin gözü bu konfransda olacaq. Bu da təbii ki, ölkənin iqtisadi, siyasi, turizm həyatına müsbət töhfələrini vermiş olacaq. Tədbir zamanı və təbii ki tədbirdən sonra da ölkəmizə daha çox qonaq gələcəkdir. Azərbaycanın iqtisadi, turizm sahələri inkişaf edəcəyini hesab edirəm. Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqi "yaşıl iqtisadiyyat"a keçid öz töhfəsini verməklə yanaşı, biznes üçün də faydalıdır. ESG prinsiplərinin tətbiqi "yaşıl iqtisadiyyat"a transformasiya prosesinə öz töhfəsini vermək imkanına malikdir. ESG (Environmental, Social and Governance) müvafiq olaraq ətraf mühit, sosial və korporativ idarəetmə deməkdir. Ümumilikdə isə ESG biznesin ətraf mühitə və cəmiyyətə təsirini, həmçinin biznesin nə qədər şəffaf və etibarlı fəaliyyət göstərdiyini ölçən meyarlar, rəhbər ideyalar məcmusudur”.

Bu sözləri Ednews-a açıqlamasında “Karvan-L” Şirkətlər qrupunun icraçı-direktoru, Afrika-Azərbaycan Ticarət Əlaqələri MMC-nin təsisçisi Rəna Qəfərova deyib.

“BMT-nin Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə dəstəyi layihəsinin 12-ci “İstehsal və istehlakın səmərəli modellərinə keçidi təmin etmək” məqsədində qeyd edilir:

Dayanıqlı istehlak və istehsal resurs və enerji səmərəliliyinin, dayanıqlı infrastrukturun təşviqi və əsas xidmətlərə, “yaşıl” və layiqli işlərə çıxış imkanı və hər kəs üçün daha yaxşı həyat keyfiyyətinə nail olunmasıdır. Onun həyata keçirilməsi ümumi inkişaf planlarına nail olmağa, gələcək iqtisadi, ekoloji və sosial xərcləri azaltmağa, iqtisadi rəqabətliliyi gücləndirməyə və yoxsulluğun azaldılmasına kömək edir. Dayanıqlı istehlak və istehsalın məqsədi həyat keyfiyyətinin artırılması fonunda, resurslardan istifadənin, deqradasiyanın və çirklənmənin azaldılması yolu ilə iqtisadi fəaliyyətlərdən əldə olunmuş rifah dərəcəsini artıraraq "daha az resursla  daha çox şeyə daha yaxşı şəkildə nail olmaq"dır. Bu, müxtəlif maraqlı tərəfləri, o cümlədən iş adamları, istehlakçılar, siyasətçilər, tədqiqatçılar, alimlər, pərakəndə satıcılar, KİV və inkişaf sahəsində əməkdaşlıq edən qurumlar və başqalarını əhatə edir. 

Sənayedə plastik materialların təkrar emalı Birləşmiş Millətlər Təşkilatının 12-ci Dayanıqlı İnkişaf Məqsədi ilə əlaqəlidir. Bu məqsəd davamlı istehlak və istehsal nümunələrini təmin etmək məqsədi daşıyır və plastik materialların təkrar emalı tullantıların azaldılması, resurs səmərəliliyinin təşviqi və davamlı sənaye proseslərini təşviq etmək üçün əsas aspektdir. Xüsusilə, DİM 12 hədəflərinə 2030-cu ilə qədər tullantıların istehsalının qarşısının alınması, azaldılması, təkrar emalı və təkrar istifadəsi yolu ilə əhəmiyyətli dərəcədə azaldılması daxildir.

İcraçı direktor olduğum “Karvan-L” şirkətlər qrupu 15 ildir ki, korporativ sosial məsuliyyət aktını yerinə yetirir. Şirkətimizdə tullantıların idarə olunması, plastik tullantılar, metal və metal tullantı hissələri, polietilen, ağac və tullantılar, avtomobil şinləri, istismar dövrü bitmiş elektrik naqillər və eyni zamanda polietilen tullantılardan texniki borular təkrar emal olunur. Tullantıları hazır məhsula çevirməklə, həm ekologiyanı təmizləmiş olur, həm də iş yerləri yaratmış oluruq. Burada korporativ sosial məsuliyyətin rolunu yerinə yetirmiş oluruq. Korporativ sosial məsuliyyət nədir? Şirkət və quruluşların cəmiyyətə qarşı olan məsuliyyətlərinin məcmuəsidir. Korporativ sosial məsuliyyət ilk olaraq şirkət və ya qurumun yaşadığı cəmiyyətdə vergilərin ödəməsi, ətraf mühitə hörmətlə yanaşması və öz işçilərinin iş şəraitinin düzgün qurmasından başlayır. Daha sonra bu fəaliyyət cəmiyyətin yararına olan hər hansı bir problem və ya paradiqmanı inkişaf etdirmək və ona dəstək olmaqla davam edir. Şirkət və ya qurum korporativ sosial məsuliyyətə fəaliyyəti zamanı cəmiyyətin hər hansısa bir problemli bir sahəsinə kömək göstərir və bu köməklik qalıcı olur. Digər marketinq aktlarından fərqli olaraq korporativ sosial məsuliyyət zamanı media da öz öhdəliyini yerinə yetirərək bu fəaliyyətləri işıqlandırır. Və beləliklə, şirkətlər də korporativ sosial məsuliyyəti yerinə yetirməyə maraqlı olur. 

12-ci məqsədə uyğun olaraq şirkətimiz 2016-cı ildən pomidor istehsal edən “Karvan-L Eko” ilk özəl sənaye parkını yaradaraq Azərbaycanda ilk orqanik məhsul yetişdirən şirkətlərdəndir. İstixanada orqanik şəraitdə və bu sahədə qəbul olunmuş qaydalar çərçivəsində pomidor yetişdirir. Əkin üçün seçilmiş torpaqlar şirkətin laboratoriyasında analiz edilir və tam aqrokimyəvi göstəricilərə uyğundur. Yetişdirilən məhsullar dağ suyu ilə suvarılır. Bitkiləri tozlandırmaq üçün arılardan istifadə olunur. Bitkilərin qidalı mühitdə yetişməsi üçün torpaq davamlı olaraq təbii gübrələrlə münbitləşdirilir. Əsas məqsəd il boyu əhalini ekoloji təmiz məhsulla təmin etməkdir”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
06:05 06.07.2025
İsrail HƏMAS-ın şərtlərini qəbuledilməz sayır
05:33 06.07.2025
"Tramp ABŞ-nin təhlükəsizliyini təhdid edir"
05:00 06.07.2025
Çin Putini müharibəni dayandırmağa razı sala bilərmi?
04:27 06.07.2025
Livan İsraillə sərhəddəki qoşunlarını artırır
03:54 06.07.2025
İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
03:22 06.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 50-yə çatıb
02:50 06.07.2025
İlon Mask siyasi partiya yaradır
02:18 06.07.2025
Makron hökuməti defoltla üzləşə bilər
01:46 06.07.2025
Qızıl bahalaşır?
01:13 06.07.2025
İndoneziyada zəlzələ baş verib
00:43 06.07.2025
Kürdəmirdə qatar 44 yaşlı kişini vurub
00:12 06.07.2025
Rusiya Gümrüdəki Hərbi Bazasını Gücləndirir
00:08 06.07.2025
Alimlər süni insan hüceyrələri yaradırlar
23:48 05.07.2025
BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib
23:12 05.07.2025
İranın sənaye sektoru İsraillə münaqişədə ciddi zərər çəkib
22:38 05.07.2025
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
22:08 05.07.2025
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Hamısı