Qlobal ərzaq qiymətləri barədə hesabat hazırlanıb

İqtisadiyyat 09:56 07.12.2024

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına əsasən, noyabrda dünya ərzaq qiymətləri oktyabr ayı ilə müqayisədə 0,5 faiz artıb. Qlobal ərzaq indeksi 127,5 bənd təşkil edərək 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb.

EDnews xəbər verir ki, 2023-cü ilin noyabr ayı ilə müqayisədə ərzaq qiymətləri 5,7 faiz bahalaşsa da, bu artım göstəicisi 2022-ci ilin mart zirvəsindən 20,4 faiz aşağı olub.

 Noyabrda taxıl qiymətləri indeksi illik ifadədə 8 faiz azalıb. Lakin qlobal buğda qiymətləri Cənubi Yarımkürədə taxıl tədarükünün artması və bəzi əsas Şimal Yarımkürə ixracatçılarında qış məhsulu şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq oktyabr ayı ilə müqayisədə artıb. Cənubi Amerikada əlverişli hava şəraiti, Ukraynadan tədarükə tələbatın azalması, eləcə də bir sıra digər mövsümi amillər fonunda qarğıdalı qiymətləri sabit qalıb.

Arpa, sorqo və düyünün qiyməti bir az ucuzlaşıb.

Bitki yağı qiymətləri indeksi noyabrda oktyabr ayı ilə müqayisədə 7,5 faiz artaraq 2022-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Hesabata görə, bu artım palma, kolza, soya və günəbaxan yağlarının bahalaşması ilə əlaqədar olub.

Noyabrda süd məhsullarının qiymət indeksi oktyabr ayı ilə müqayisədə 0,6 faiz, illik ifadədə isə 20,1 faiz artıb. Ən çox toz südün, xüsusilə də tam südün qiymətləri  artıb ki, bu da qlobal tələbatın bərpası və Qərbi Avropa ölkələrində süd istehsalının mövsümi azalması ilə əlaqədardır.

Dünya bazarında kərə yağının qiyməti isə14-cü aydır ki, bahalaşır.

Noyabrda ətin qiymət indeksi yenidən işlənmiş oktyabr göstəricisi ilə müqayisədə 0,8 faiz azalsa da, illik ifadədə 5,9 faiz yüksək olub. Aylıq azalma əsasən beşinci aydır davam edən qlobal donuz əti qiymətlərinin düşməsi ilə bağlı olub.

Məzənnə dinamikasının təsiri ilə quzu ətinin qiyməti bir qədər də ucuzlaşıb. Qabaqcıl istehsalçı rayonlardan böyük həcmdə ixrac tədarükü səbəbindən quş əti ucuzlaşıb, qlobal mal əti qiymətləri isə  sabit qalıb.

Şəkər qiymətləri indeksi iki aylıq artımdan sonra noyabrda oktyabr ayı ilə müqayisədə 2,4 faiz azalıb. Nəticədə onun dəyəri bir il əvvəl ilə müqayisədə 21,7 faiz az olub. İcmalda qeyd olunub ki, azalma Hindistan və Taylandda emal mövsümünün başlaması, habelə Braziliyada gələn ilin məhsulu ilə bağlı narahatlıqların azaldılması ilə bağlı olub.

Paris Şuşada təslim oldu

Xəbər xətti

Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
22:17 25.06.2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb
21:31 25.06.2025
“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər
21:16 25.06.2025
İranın müdafiə naziri Çinə səfər edib
20:47 25.06.2025
İsrail zərbələri nəticəsində ölənlərin sayı 627-yə çatıb
20:31 25.06.2025
NASA-nın köhnə peyki qəfil "canlandı"
20:16 25.06.2025
MEDİA nümayəndə heyəti Sinxua xəbər agentliyində oldu -FOTO
20:01 25.06.2025
"Yüksəliş" müsabiqəsinin finalçısı vəzifəyə təyin olundu
19:46 25.06.2025
"Rütte özünü rüsvay etdi"
19:31 25.06.2025
"Atena"- nın fəaliyyətində nöqsanlar aşkarlandı
19:18 25.06.2025
Zelenski və Tramp iki aylıq fasilədən sonra görüşüblər
19:02 25.06.2025
Pakistan ABŞ-yə çata biləcək raket hazırlayır
18:47 25.06.2025
Rütte Donald Trampa "ata" dedi
18:32 25.06.2025
Morata Fabreqasın komandasına kluba keçir
18:17 25.06.2025
Piolli istefaya göndərildi
18:02 25.06.2025
"Azərbaycanın dəstəyi mübarizəmizə güc verir"
16:59 25.06.2025
NATO Ukraynaya hərbi yardımı davam etdirəcək
16:44 25.06.2025
"Neyrokolonializm şüura parazit kimi nüfuz edir"
16:18 25.06.2025
Peru Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
16:08 25.06.2025
Xankəndidəki uşaq bağçasında Silahlı Qüvvələr Günü qeyd edilib
16:03 25.06.2025
Çin ağcaqanad ölçüsündə PUA hazırladı
15:48 25.06.2025
Hamısı