Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib

İqtisadiyyat 11:55 13.05.2025

Astaranın çay plantasiyalarında mövsümün ilk çay yığımına start verilib. Mayın ilk günlərində müşahidə edilən yağıntılı hava şəraiti yaşıl çayın yığım prosesini gecikdirsə də, bu yağışlar, eyni zamanda, torpağın rütubət balansını artırıb ki, bu da çay kollarının məhsuldarlığına səbəb olub. Mütəxəssislərin proqnozlarına əsasən, bu mövsümdə sahələrdən bol və keyfiyyətli məhsul əldə olunacaq.

 “EDnews” xəbər verir ki, çay plantasiyalarında bütün zəruri aqrotexniki tədbirlər görülüb. Torpağın becərilməsi, çay kollarının budanması, alaq otlarının təmizlənməsi, zərərvericilərə və xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi bu prosesin əsas mərhələlərini təşkil edib. Eyni zamanda, yağıntılı hava şəraitinin məhsuldarlığa müsbət təsirini maksimum dəyərləndirmək üçün torpaq-nəmlik balansı da daim nəzarətdə saxlanılıb.

"Bu il may ayında yağışlar çox oldu, yığım bir qədər gecikdi. Amma torpaq suya doydu, çay kolları da yaxşı inkişaf etdi. Vaxtında görülən aqrotexniki tədbirlər – budama, gübrələmə, alaq təmizliyi və zərərvericilərə qarşı mübarizə bu il məhsulun keyfiyyətinə müsbət təsir etdi. Əgər hər şey yolunda getsə, bu il yığımdan sonra məhsulu emala göndərəcəyik, inşallah, həm yerli bazar, həm də ixrac üçün keyfiyyətli çay hazırlayacağıq”, – deyə Astaranın təcrübəli çayçılarından olan Firdovsi Abbasov bildirir.

O qeyd edir ki, çayı əllə yığırlar. Əl yığımı həm keyfiyyətli olur, həm də kolun budaqlarına zərər vermir: “Təmiz iş olanda, nəticəsi də yaxşı olur. Bu il məhsulun bol olacağına ümidimiz böyükdür. Neçə illərdi bu sahədə işləyirik, təcrübəmizə güvənirik”.

Ötən il Astaranın çay plantasiyalarından 667 tona yaxın yüksək keyfiyyətli yaşıl çay yarpağı yığılıb. Bu il isə fermerlər qarşıya daha böyük hədəf qoyublar. Sahələrdə aparılan müşahidələr və yığım prosesinin ilkin nəticələri onu deməyə əsas verir ki, builki məhsul ötən ildəkindən də bol olacaq.

Mütəxəssislərin sözlərinə görə, may ayında yığılan yaşıl çay yarpaqları il ərzində əldə olunan yarpaqlar arasında ən keyfiyyətlisidir. Çünki bitki vegetasiya dövrünün başlanğıc mərhələsində olur, həm də ilk yarpaqlar daha gənc, yumşaq və aromatik xüsusiyyətlərə malikdir. Həmçinin bu dövrdə yığılan çay daha yüksək antioksidant tərkib və zəngin dad keyfiyyəti ilə fərqlənir.

"May ayı bizim üçün sadəcə mövsümün başlanğıcı deyil, həm də çayçılığın ən gözəl dövrüdür" , – deyə Astaranın tanınmış fermerlərindən olan Validə Abbasova bildirir. Onun illərin təcrübəsi ilə söylədiyi sözlərdən aydın hiss olunur ki, çayçılıq bu bölgədə sadəcə bir təsərrüfat sahəsi deyil, həm də həyat tərzidir.

Deyir ki, mayda yığılan çayın dadı bir başqa başqa olur. Bu ayda yığılan yarpaqlar həm təravətli, həm də yumuşaqlığı ilə seçilir: “Rəngi bir başqa parlayır, dadı isə elə incə olur ki, insan içəndə fərqini dərhal hiss edir. Biz bu məhsulu əllə yığırıq, çünki hər yarpağı dərmək olmaz. Bu, həm zəhmət, həm də sevgi tələb edən işdir”.

O bildirir ki, may ayında yığılan yarpaqlardan hazırlanan yaşıl çay təkcə daxili bazarda deyil, eyni zamanda, xarici ölkələrdə də böyük maraqla qarşılanır: "İllərdir bu işin içindəyəm. Hər dəfə bu dövrdə yığdığımız məhsuldan hazırlanan çay daha tez satılır, çünki insanlar bilirlər ki, bu çayın qoxusu, dadı fərqlidir. Xaricdən gələn sifarişlərdə də xüsusilə may məhsuluna üstünlük verilir".

Hazırda çay plantasiyalarında əllə yığım prosesi sürətlə davam edir. Kifayət qədər təcrübəli olan çaydərən xanımlar məhsulun itkisiz və keyfiyyətlə toplanılmasına xüsusi diqqət yetirirlər.

Fatimə Mərdanlı //EDnews 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıla bilər"
15:07 14.06.2025
"Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil"
15:05 14.06.2025
" İran-İsrail münaqişəsinə görə Ukrayna üçün əlavə risklər yaranıb"
14:59 14.06.2025
"Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb"
14:31 14.06.2025
İranda daha üç nüvə alimi öldürülüb
14:07 14.06.2025
Bakıda ekstazi həblərini toz formasında satmaqda şübhəli bilinən şəxslər saxlanılıb
14:03 14.06.2025
"Tehran yandırılacaq"
14:01 14.06.2025
"ABŞ İsrailə mane olmayacaq"
13:58 14.06.2025
Beyləqanda bazarda YANĞIN - 16 nəfər xəstəxanaya hospitalizasiya olunub
13:46 14.06.2025
Hindistanda baş verən aviaqəza ilə bağlı iddia: Köməkçi pilot səhvən yanlış qolu qaldırıb?
13:35 14.06.2025
Tarixi-mədəni abidələrin vahid pasport sistemi yaradıldı
13:21 14.06.2025
Rusiya XİN Azərbaycana təşəkkür etdi
13:18 14.06.2025
Roma Papası İran və İsraili ağıllı davranışa çağırıb
13:03 14.06.2025
" Avropa İttifaqı haradadır? "
13:02 14.06.2025
Bakıdan Qazaxa sürətli qatarlarla sərnişindaşımaya başlanacaq
12:59 14.06.2025
"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur"
12:23 14.06.2025
İsrailin zərbəsi nəticəsində 60 nəfər öldü
12:02 14.06.2025
Devid Bekhem "cəngavər" oldu
11:46 14.06.2025
Polşa Prezidenti Sinqapurdan qayıda bilmir
11:32 14.06.2025
70 minə yaxın namizəd MİQ imtahanı verəcək
11:27 14.06.2025
II Türk Ticarət Sərgisi: Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisindən Reportaj
11:17 14.06.2025
İranın Baş Qərargah rəisinin iki müavin həlak olub
11:08 14.06.2025
İranın iki raketi İordaniya və Suriyaya düşüb
11:05 14.06.2025
"ABŞ ilə nüvə danışıqları artıq mənasızdır"
11:04 14.06.2025
Tramp və Zelenski NATO sammitində görüşməyəcək
11:03 14.06.2025
Kürdə suyun səviyyəsi arıtb
10:43 14.06.2025
Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...
10:38 14.06.2025
Son hədəf Türkiyədir Xanəmir Telmanoğlu yazır...
10:13 14.06.2025
Azərbaycan neftinin qiyməti 77 dolları ötüb
09:25 14.06.2025
Vyetnam BRICS-ə qoşuldu
09:08 14.06.2025
Qızıl və gümüş bahalaşdı
09:07 14.06.2025
İran İsrailə yardım edən dövlətlərin bazalarını "vuracaq"
09:01 14.06.2025
"Fənərbaxça" Neymarı istəyir
05:43 14.06.2025
"Hollivudda xaos hökm sürür"
04:58 14.06.2025
Ağ ev “SpaceX”lə dövlət müqavilələrini yenidən nəzərdən keçirir
02:28 14.06.2025
Gündə nə qədər gilas yemək olar? - Həkimdən vacib tövsiyələr
02:01 14.06.2025
İran İsrailə qarşı yeni zərbələr dalğasına başlayıb
01:42 14.06.2025
“Fitch” Azərbaycan iqtisadiyyatının 3,5 % artacağını proqnozlaşdırır
01:04 14.06.2025
Tom Kruzun üzünə nə olub? Həkimlər dəri xərçəngindən şübhələnirlər
01:03 14.06.2025
“Ayaks” “Liverpul”un qapıçısını icarəyə götürməyə yaxındır
00:34 14.06.2025
Hamısı