Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgünün diplomatik fəaliyyətinə nə vaxt başlayacağı məlum olub.
“EDnyus” xəbər verir ki, cənab səfir gələn ay Bakıya gələcəyi və fevralın 1-dən vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Birol Akgün bundan əvvəl Türkiyə Maarif Fondunun sədri olub.