"Paşinyanın müsahibəsi dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır"

Xarici siyasət 10:39 11.02.2025

"Ermənistanın baş naziri Nikol Paşinyanın "Armenpress"ə müsahibəsi dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır".

"EDnyus" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress” məqaləsində iddiaları ilə bağlı şərhində bildirilib.

Bildirilib ki, Ermənistan baş nazirinin 2025-ci il fevralın 10-da “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.

"Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanata əsasən, üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir.

44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir",-məlumatda qeyd olunub.

A.Hacızadə vurğulayıb ki, Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir:

"Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz və ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən İcmanın bəyan edilmiş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması, bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini nümayiş etdirir.

Təəssüf ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Almatı Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz cənab Paşinyan tərəfindən bir neçə ay sonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin “müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarına və Almatı Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib".

XİN sözçüsü qeyd edib ki, bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil:

"Üstəlik, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycanın digər əraziləri ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə, praktiki addımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir.

Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir.

Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq".

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

85 Yaşında Gənc Qalan İnsanlar: Uzun və Sağlam Ömrün Sirləri
16:10 24.06.2025
Endi Marreyin heykəli ucaldılacaq
16:08 24.06.2025
Avstraliya Azərbaycan-İran sərhədinə diplomatlar göndərib
16:06 24.06.2025
İsrail Babol və Babolser şəhərlərinə zərbə endirib
16:04 24.06.2025
Tramp və Netanyahu İranla atəşkəsin dayandırılmasını telefonla müzakirə ediblər
15:01 24.06.2025
Tramp ABŞ FES in rəhbərinə "axmaq" dedi
14:36 24.06.2025
Azərbaycan BMT-nin Bürosuna sədr seçildi
14:33 24.06.2025
İraqdakı hərbi bazalar PUA hücumuna məruz qalıb
13:08 24.06.2025
Prezident İlham Əliyev Mingəçevirdə səfərdədir
10:59 24.06.2025
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
08:31 24.06.2025
Filippin sahilində güclü zəlzələ baş verib
08:26 24.06.2025
Rusiya Sumı vilayətini atəşə tutub -Fotolar
08:18 24.06.2025
İsrailin Beer-Şeva şəhərinə İran raketi düşüb
08:16 24.06.2025
Dominikan sahilində güclü zəlzələ baş verib
08:14 24.06.2025
İsrail İranın daha bir nüvə alimini öldürüb
05:58 24.06.2025
Əraqçi hərbi əməliyyatların dayandırıldığına işarə edib YENİLƏNİB
05:08 24.06.2025
Ukrayna və Britaniya birgə PUA istehsal edəcəklər
04:25 24.06.2025
"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir"
04:02 24.06.2025
İran və İsrail atəşkəs imzalayacaqlar
03:58 24.06.2025
Skinuoker Rançda nələr baş verir?
03:53 24.06.2025
İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
Hamısı