Keniyanın Baş naziri COP29-da Azərbaycanın liderliyi ilə qəbul olunan qərarların əhəmiyyətindən danışıb

Xarici siyasət 05:48 31.03.2025

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri Musalia Mudavadi arasında görüş keçirilib.

EDnews xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin dinamik inkişafından razılıq ifadə olunub və cari ildə nəzərdə tutulan səfərlərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrində potensialın istifadəsinə mühüm töhfə verəcəyi vurğulanıb. 

Baş nazir M.Mudavadi Azərbaycana etdiyi səfərlər barədə ən xoş təəssüratlarını bölüşüb və iştirak etdiyi COP29-da Azərbaycanın liderliyi ilə qəbul edilən mühüm qərarların əhəmiyyətini dilə gətirib. 

İkitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan maksimum bəhrələnməyin vacibliyini qeyd edən Baş nazir Azərbaycanın rəqəmsal həllər və ictimai xidmətdə əldə etdiyi innovativ nailiyyətlərinin tətbiqi, o cümlədən “ASAN xidmət” ilə ölkəsinin “Huduma” vətəndaşlara xidmət təşkilatı arasında əməkdaşlığın qurulmasına Keniya tərəfinin maraqlı olduğunu bildirib. Həmçinin qeyd edib ki, sərmayələrin cəlb edilməsi və ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur və bu çərçivədə kiçik və orta sahibkarlıq subyektləri arasında işbirliyinin də gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. 

Səfir Sultan Hacıyev məlumat verib ki, Azərbaycan 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED2026) ev sahibliyi edəcək. Vurğulayıb ki, WUF13 çərçivəsində Azərbaycan və Keniya arasında sıx işbirliyi qlobal əməkdaşlığa mühüm töhfə verə bilər. 

Baş nazir Azərbaycanın dayanıqlı şəhərsalma ilə iqlim dəyişikliyi proseslərinin qarşılıqlı təsirləri və COP-WUF platformaları arasında əlaqənin inkişafı üzrə fəaliyyətinə dəstək vermək üçün Keniyanın WUF13 çərçivəsində sıx əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. 

Görüşdə Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Keniyanın bir neçə təhsil və tibb müəssisəsinə bu yaxınlarda edilən humanitar yardımlar xatırlanıb. Baş nazir M.Mudavadi göstərilən humanitar yardımlara görə təşəkkür edərək bunun tərəflər arasında səmimi dostluğun və əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb.

Fatimə Şükürova // EDnews

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Hamısı