Fransa Assimilyasiya Siyasətinə Qarşı Mübarizə Davam Edir: Qvadelupa Səsini Dünyaya Çatdırır

Xarici siyasət 10:57 16.04.2025

Fransa müstəmləkəçiliyinə qarşı mübarizə hazırda da bir çox regionda aktual olaraq qalır və bu mübarizə yalnız siyasi və iqtisadi sahələrdə deyil, eyni zamanda mədəniyyət və dil vasitəsilə həyata keçirilən assimilyasiya siyasətinə qarşı da yönəlmişdir. Bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun  ev sahibliyi ilə keçirilən “Dekolonizasiya: Səssiz İnqilab” adlı beynəlxalq konfransda iştirak edən Qvadelupanın “Azadlığı Uğrunda Xalq İttifaqı Partiyası”nın baş katibin müavini Ali Meril “EDnews”un ABŞ bürosuna açıqlamasında danışıb.

Ali Meril çıxışında Fransa tərəfindən aparılan assimilyasiya siyasətinin Qvadelupa xalqının mədəni kimliyinə, dilinə və tarixi yaddaşına qarşı yönəldiyini vurğulayıb. Onun sözlərinə görə, Fransa hökuməti uzun illərdir ki, yerli xalqları “Fransa milləti” adı altında assimilyasiya etməyə çalışır və bununla onların özünəməxsusluğunu sıradan çıxarmağa cəhd edir:

"Fransanın hökmranlığına qarşı üsyan etməyə davam edirik, çünki onlar bizi assimilyasiya yolu ilə inteqrasiya edib yox etmək istəyirlər. 1946-cı ildən bəri onlar bizim öz müqəddəratımızı təyin etmək, öz təşkilatlarımızı yaratmaq hüququmuzu inkar ediblər. Biz isə bu işğalçılara qarşı müqaviməti heç vaxt dayandırmamışıq.”

A.Meril həmçinin, Azərbaycan hökumətinə də öz təşəkkürünü bildirib. Onun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu ilə qurulan əməkdaşlıq, Qvadelupa xalqının haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaqda mühüm rol oynayır. Bu çərçivədə bir sıra müstəmləkə bölgələri – Kanar adaları, Maorilər, Korsika, Qviyana, Martinika, Boneyra və Sen-Martenlə birgə “Dekolonizasiya üzrə Beynəlxalq Fond” adlı təşəbbüs yaradılıb. Bu fond 2023-cü ilin iyul ayında Kanakidə rəsmi olaraq təsis edilib və məqsədi müstəmləkə altında olan xalqların birliyini gücləndirmək və onların azadlıq mübarizəsinə dəstək verməkdir.

Qvadelupa ilə BTQ arasında 2025-ci ilin mart ayında imzalanan Anlaşma Memorandumu isə bu əməkdaşlığı daha da dərinləşdirib. Merilin sözlərinə görə, yeni əməkdaşlıq çərçivəsində dekolonizasiya istiqamətində birgə fəaliyyət planları hazırlanıb və beynəlxalq platformalarda daha güclü təmsil olunmaq üçün mühüm addımlar atılıb. Bu addımlar təkcə Qvadelupanın deyil, bütövlükdə müstəmləkə altında olan xalqların hüquq və azadlıqlarını müdafiə etmək üçün geniş imkanlar açır.

Ali Merilin bu açıqlamaları, eyni zamanda müasir dövrdə kolonial irsin tam aradan qalxmadığını və bir çox xalqların hələ də öz milli kimlikləri və hüquqları uğrunda mübarizə apardığını göstərir. Bu mübarizənin bir hissəsi kimi, beynəlxalq həmrəyliyin və təşəbbüslərin rolu getdikcə daha da önəm qazanır. Azərbaycanın bu sahədə göstərdiyi təşəbbüskarlıq isə postkolonial dünyada yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.

Mədinə Məmmədova//EDnews

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
Hamısı