İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, "Hizbullah" İranı dəstəkləsə, məhv ediləcək.
“EDnews” xəbər verir ki, İ.Kats bu barədə özünün "X" hesabında yazıb.
"Hizbullah"ın yeni baş katibi (Nəim Qasımı nəzərdə tutur - red.) sələflərinin başına gələnlərdən dərs almır və İran rəhbərliyinin əmri ilə İsraili hədələyir. Mən İranın satellitinə ehtiyatlı olmağı və İsrailin onu təhdid edən terrorçulara qarşı səbrinin tükəndiyini xatırlatmaq istəyirəm. Əgər terror həyata keçirilərsə, "Hizbullah" mövcud olmayacaq", - deyə İsrael Kats vurğulayıb.
İsrael Kats