"Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil sahəsində ortaq dil və dəyərlərlə hərəkət etməlidir"

Xarici siyasət 13:40 13.06.2025

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında bir çox ikitərəfli təhsil sazişlərinin imzalanması, diplomların qarşılıqlı tanınması və ortaq universitetlərin yaradılması bu sahədə atılan mühüm addımlardır. Bu kimi təşəbbüslər həm də ümumtürk inteqrasiyasının sürətləndirilməsinə və nəsillərin ümumi dəyərlər əsasında yetişdirilməsinə də xidmət edir.

“EDnews” xəbər verir ki,bu fikirləri TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədr müavini, deputat Günay Əfəndiyeva Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü plenar iclasında deyib.

O, “TÜRKPA üzv dövlətlərində təhsil sahəsində yaxınlaşma prosesləri: problemlər və inkişaf perspektivləri” adlı hesabat məruzəsinin TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin təqdim etdiyi məlumatlara, həmçinin dövlət və beynəlxalq səviyyədə açıq rəsmi mənbələrə istinadən hazırlandığını bildirib:

"Hesabata əsasən, mövcud təhsil əməkdaşlığı çərçivəsində elm və təhsil nazirlikləri arasında imzalanan müqavilələr əsasında kurikulumların uyğunlaşdırılması, dərsliklərin tərcüməsi, müəllim və tələbə mübadiləsi, eləcə də ixtisasartırma təlimlərinin təşkili istiqamətində işlər davam etdirilir. Bu tədbirlər praktiki əməkdaşlığı genişləndirməklə yanaşı, təhsil sistemlərimizin bir-birinə yaxınlaşdırılmasına zəmin yaradır. Digər tərəfdən, ölkələrimizdə ibtidai və orta təhsilin əhatə dairəsi 95-100 faiz səviyyəsindədir. Bu göstərici dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə ola bilər".

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini söyləyib ki, kənd və ucqar bölgələrdə təhsilə çıxış imkanlarının azlığı, infrastrukturun yetərsizliyi, rəqəmsal avadanlıqla təminatın aşağı səviyyədə olması və ali təhsilə əlçatanlıqda müşahidə olunan fərqliliklər geniş türk coğrafiyasında insan kapitalının bərabər inkişafına maneə yaradır:

"Təhsil resurslarının və müasir tədris texnologiyalarının tətbiqinin bölgələr arasında tarazlı şəkildə paylanması, gənclərimizin əmək bazarına bərabər imkanlarla daxil olmaları üçün də vacib əhəmiyyət daşımaqdadır. Bu çatışmazlıqların və maneələrin aradan qaldırılması təhsil sisteminin daha effektiv və ədalətli işləməsi üçün prioritet məsələyə çevrilməli, bütün bölgələrin eyni şərtlərlə təmin olunması üçün ciddi tədbirlər görülməlidir. Bu, təhsil sistemlərinin yaxınlaşdırılmasına dair yeni strategiyanın əsas istiqamətlərindən birini təşkil edə bilər. Biz hər bir sahədə olduğu kimi, təhsil sahəsində də ortaq dil, ortaq dəyərlər və ortaq gələcək vizyonu ilə hərəkət etmək lazımdır".

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Katz Suriyanı hədələdi: "Dəməşq qoşunları əs-Süveydanı tərk etməsə..."
12:26 16.07.2025
Ümumdünya Ticarət Mərkəzinin binasını ildırım vurdu
12:11 16.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğluna qarşı cinayət işi açıldı
11:56 16.07.2025
Hindistan, Çin və Brazilyaya Rusiya ilə əməkdaşlığa görə sanksiya tətbiq olunacaq
11:41 16.07.2025
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gəlib
11:26 16.07.2025
Karapetyan çirkli pulların yuyulmasında ittiham olunur
11:08 16.07.2025
Tramp Qətərə gedəcək
10:53 16.07.2025
İraq Kürdüstanındak; neft yataqları yenə məruz qalıb
10:38 16.07.2025
ABŞ-da Xərçəng Ölümləri niyə Artır? -Araşdırma
10:23 16.07.2025
Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqindədir
10:08 16.07.2025
"Herkulesin Böyük divarı" daha yaxında imiş
09:53 16.07.2025
Harrison Ford "Emmi" mükafatına namizəd oldu
09:38 16.07.2025
VPN-dən istifadə edənlər cərimələnəcək -Rusiyada...
09:23 16.07.2025
İran mediasının yeni ritorika dalğası Şahlar Ruhi yazır...
09:08 16.07.2025
Yer üzünün ən hərəkətsiz canlısı: Olmlar haqqında nə bilirik?
08:35 16.07.2025
Klublararası dünya çempionatının qızıl medalını cibinə qoydu
08:05 16.07.2025
Quru sahədə ən aşağı nöqtə harada yerləşir?
07:57 16.07.2025
Saxara səhrası yaşıllaşır?
07:24 16.07.2025
Çinə viza rejimi bu gündən ləğv edildi
07:13 16.07.2025
Çin Rusiyaya "daha dərin" dəstək verəcək
06:58 16.07.2025
Fransa xərclərə qənaət üçün iki bayramı ləğv edəcək
06:28 16.07.2025
Rusiyanın Kaluqa vilayətindəki ağır yol qəzasında 5 nəfər ölüb
05:56 16.07.2025
Tailandda doqquzuncu rahib də vəzifəsindən getdi
05:24 16.07.2025
ABŞ və Avropa İrana nüvə sazişini imzalamağı üçün vaxt qoyub
04:54 16.07.2025
"Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulması geosiyasi mənzərəni dəyişəcək"
04:24 16.07.2025
"Amerika əsgərləri Ukraynaya göndərilməyəcək"
03:50 16.07.2025
Yasamal rayonunda güclü yanğın baş verib
03:33 16.07.2025
İsrail İrana ikinci hücuma hazırlaşır
03:20 16.07.2025
"Ukrayna Moskvaya hücum etməməlidir"
02:53 16.07.2025
Rüşvətdən imtina edən polislərə kompensasiya veriləcək
02:30 16.07.2025
Trampın Ukraaynaya silah göndərmək qərarına kim təsir edib ?
01:57 16.07.2025
Ukrayna kütləvi dron hücumuna məruz qaldı
01:30 16.07.2025
Özümüzü Günvurmadan necə qoruyaq?
01:26 16.07.2025
Azərbaycanın Uraldakı diasporunun rəhbərinin oğlu saxlanıldı
00:54 16.07.2025
"Euronews" Xankəndidəki Zirvə Görüşü ilə bağlı reportaj hazırlayıb
00:29 16.07.2025
" İsrail Suriyaya hücumları dayandıracağına söz verib"
23:56 15.07.2025
Husilər İsrailin ı Eylat limanına hücum ediblər
23:10 15.07.2025
NATO Baş katibi üç ölkəni sanksiyalarla hədələyib
22:40 15.07.2025
Çexiya Ukrayna üçün ABŞ-dən silah almaq layihəsində iştirak etməyəcək
22:10 15.07.2025
Ağ Ev Trampın Rusiyaya zərbələr endirmək çağırışını təkzib edib
21:40 15.07.2025
Hamısı