Daxili ağrıların müalicəsində mütəmadi olaraq istifadə edilən bitkilərdən beşini təqdim edirik
Nanə- nanə yarpağından hazırlanan çay orqanizmin müqavimətini artırır. Təzə nanə tərkibindəi zəngin C vitamini sayəsində mədə-bağırsaq sistemindəki nizamsız fəaliyyətini qaydaya salır, köp və başqa daxili ağrıları sakitləşdirir. Həmçinin, mədə bulanmasının da əsas dərmanıdır. Nanə çayı gündə iki dəfə içilməlidir;
Çobanyastığı çayı- Çox güclü ağrıkəsici funksiyaya malikdir. Xüsusən də axşam saatlarında başlanan mədə ağrıları, həzm çətinliklərinə şəfadır. Hər axşam yeməyindən 2 saat sonra bir fincan içilməlidir;
Badam- kifayət qədər xeyirli bitkidir. Badam ləpəsi kalestorolun bir nömrəli düşmənidir. Həmçinin, yağların parçalanmasına da səbəb olur. Ürək-damar sistemindəki intizamsız fəaliyyəti və bu fəaliyyət zamanı yaranan ağrıları aradan qaldıra bilir;
Çiyələk- Çiyələyin özün C vitamini ilə zəngindir. Onun meyvəsi və meyvədən hazırlanan təbii şirə diş əti ağrıları və iltihabı üçün əla dərmandır;
Ərik qurusu- Ərik qurusu da həmçinin, mədə-bağırsaq sistemindəki nasazlığı, ağrıları azaltmaq gücündədir. Həmçinin, şəkərin qalxmasının qarşısını da alır.(moderator.az)