Uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlər artdı Həkimdən həyacan TƏBİLİ

Sağlamlıq 10:18 31.05.2023
Son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlər artıb.
 
Ednews xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanova deyib.
 
Həkimin sözlərinə görə, ilkin müayinələr zamanı aşağıdakı çatışmazlıqları vaxtında aşkarlamaq mümkündür: “Uşaqlarda fiziki inkişafın ləngiməsinin müxtəlif səbəbləri var. Bunlardan uşaqlarda olan hər hansı xroniki xəstəliklər, onların qeyri-rasional (bitərəfli) qidalanması, orqanizmdə qurd invaziyaları, fiziki hərəkətsizlik (hipodinamiya), psixoloji travmalar, boy hormonu defisiti, irsiyyət və. səbəbləri göstərmək olar”.
 
Həkim-endokrinoloq bildirib ki, ilkin səhiyyə xidməti müəssisələrinə müraciət zamanı uşaqların boyu ölçülür, persentil cədvəllərinə (uşaqların böyümə cədvəlləri) əsasən, ehtiyac yaranarsa boy hormonu analizi verilir və bir sıra vacib tədbirlər görülür:
 
“STH – boy hormonudur. Uşaqlarda boy hormonu bədəndə hipofiz vəzində ifraz olunur. Bundan əlavə, insulinəbənzər boy faktoru isə qaraciyərdə ifraz olunur. Biz analara başa salırıq ki, belə hallarda laborator analizlərdən keçsinlər, insulinəbənzər faktor 1 yoxlanılır və əsas sümüklərin (sol mil bilək sümüyünün) rentgenoqrafiyası aparılır, bununla da pasport yaşı ilə sümük yaşı analiz olunur”.
 
Həkim-endokrinoloqun sözlərinə görə, boya təsir edən faktorlar çoxdur:
 
“Uşaqlarda fiziki inkişafın ləngiməsini araşdırmaq üçün tireotrop hormonu da yoxlanılır. Bundan başqa, sümüklərdə defisitlər, genetik defektlər də təsir edən amillər sırasına daxildir, bazu sümüklərində xondrodisplaziya (anadangəlmə sümük sisteminin xəstəliyidir, genetikdir, boy hormonundan asılı deyil) ola bilər.
 
Həmçinin, böyrəküstü vəzin disfunksiyaları da boya təsir göstərə bilər. Belə ki, erkən cinsi inkişaf dövründə boyartımı əvvəl normal gedir, amma pubertat (yetişkənlik zamanı) dövründə isə somatotrop hormonu az olduğuna görə, sümüklər tez bağlanır və nəticədə bu uşaqların boyuna mənfi təsir göstərir”.
 
Bundan başqa kuşinq sindromu, mədə-bağırsaq xəstəlikləri (kron xəstəliyi - qida qəbulunda fermentlər çatışmır, qida yaxşı sovrulmur), sümük sınıqları, genetik xəstəliklər, ata-ananın bəstəboyluğu da boya təsir edən amillər sırasındadır.
 
Mütəxəssis onu da vurğulayıb ki, AR Milli Məclisi tərəfindən qəbul edilmiş qərara əsasən, uşaqlar boy hormonu ilə pulsuz təmin olunurlar. Bunun üçün onlar müayinə üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə göndərilir, orda müvafiq yoxlanışlardan sonra uşaqlara norditropin təyin olunur.
 
Həkim-endokrinoloqun sözlərinə görə, norditropin bir qədər bahalı preparat olması səbəbindən valideynlər onu almaqda çətinlik çəkir. Buna görə də preparatın dövlət tərəfindən pulsuz təmin olunması uşaqların inkişafı üçün böyük stimuldur.
 
Aysel Şahmar
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
Hamısı