Aqrar İnnovasiya və Təchizat şirkətində yoxlama: İşçinin 100 minlik yeyintisi aşkarlandı

Hadisə 07:36 28.03.2025

Aqrar İnnovasiya və Təchizat şirkətinin əməkdaşı 104 min manatlıq mənimsəmədə ittiham edilərək həbs edilib. O, qeyd edilən məbləğin şişirdildiyini iddia edib.

EDnews xəbər verir ki, 38 yaşlı Elvin Məmmədli adıçəkilən şirkətin Qazax rayonu üzrə satış nöqtəsinin satıcı-anbardarı vəzifəsində çalışıb.
İttihama görə o, şirkətə məxsus gübrə və kənd təsərrüfatı məhsullarını sataraq əldə etdiyi 104 min manatı şəxsi ehtiyaclarına sərf edib.
Şirkət ziyanın 20 min manatının ödənildiyini 84 min manatın təqsirləndirilən şəxsdən tutularaq şirkətə ödənilməsini istəyib.

Elvin Məmmədli özünü qismən təqsirli bilərək deyib ki, 2021-ci ilin mart ayından Qazaxda icarəyə götürdüyü obyektdə şirkət tərəfindən ona təhvil verilən malların satışı ilə məşğul olub.

"Faktiki mart ayından işləsəm də, şirkətlə aramızda əmək müqaviləsi 29 iyun tarixində bağlanıb. Malları mən satsam da, əmək müqaviləsi işçim Nemətin adına bağlanmışdı. Sonra Nemət işdən çıxdı.

Mart ayından avqust ayının sonlarına qədər şirkət tərəfindən verilən gübrə və bitki toxumlarının satışı ilə məşğul olmuşam. Alqı-satqı fermerlərlə şifahi razılaşmalar əsasında həyata keçirilirdi. Satılan mallara görə 3-5 faiz məbləğində bonus ödənişi almalı idim".

Onun sözlərinə görə, bəzi hallarda mallar fermerlərə nisyə verilib. Amma qiymət qalxanda, məhsulun dəyəri yeni qiymətlə tələb edilirmiş:

"Nisyə verilən malların qiymətləri qalxanda şirkət tapşırırdı ki, ödənişi yeni qiymətlərlə alım. Yeni qiymətlərlə ödəniş etməyə görə narazılıqlar yarandı. Buna görə, 99 min manatı şirkətin bank hesabına keçirə bilmədim.

Öz təsərrüfatım üçün də şirkətdən təxminən 25 min manatlıq gübrə almışdım. Gübrənin qiymətləri qalxanda, həmin məbləğ 41 min manat oldu. İşimi və şirkətdən öz təsərrüfatım üçün sərfəli şərtlərlə gübrə almaq imkanımı itirməmək üçün yaranan borcu hissələrlə bir il ərzində ödəyəcəyimi öhdəmə götürdüm.

Şirkətin direktor müavini Çingizlə aramızda olan razılaşmaya görə, şirkətin malını satıb bonuslarla borcu bağlayacaqdım. Amma 3-4 gün sonra şirkət mal vermədi, anbarda olan malları da götürdülər".

Elvin Məmmədli 104 minlik zərərlə razılaşmadığını deyib: "Şirkətin Nəsir adlı əməkdaşına iki dəfə 5 min manat verdim. 10 min də şirkətin Bakıda yerləşən ofisində Sənan Süleymanlıya və Rəşad adlı nümayəndəyə ödəmişəm.

2022-ci ilin yanvar ayından mart ayına kimi hissə-hissə olmaqla təxminən 22 min ödəmişəm. Şirkətə 56 min borcum qalıb.
İşlədiyim müddətdə 860 min manatlıq sifarişə görə şirkət mənə 17 min 200 manat bonus verməli idi. Amma vermədilər. Bu məbləği də borcumdan çıxmalıdırlar".

Onun sözlərinə görə, şirkətdən aldığı gübrənin dəyərini fermerlərin kartlarında olan dövlətin verdiyi subsidiya hesabına ödəyib.
Elvin Məmmədlinin dediyindən maraqlı bir məqam da üzə çıxıb. Onun sözlərinə görə, fermer kartları ilə bağlı prokurorluqda müvafiq araşdırma aparıldığı zaman ödəniş daxil olmadığı üçün qeyd edilən miqdarda çatışmazlıq yaranıb.

Məhkəmə Elvini törətdiyi əməldə təqsirli bilərək 7 il azadlıqdan məhrum edib.

Şirkətin 84 min manatlıq mülki iddiası da təmin edilib.

Fatimə Şükürova // EDnews

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Prezident İlham Əliyev Mingəçevirdə səfərdədir
10:59 24.06.2025
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
08:31 24.06.2025
Filippin sahilində güclü zəlzələ baş verib
08:26 24.06.2025
Rusiya Sumı vilayətini atəşə tutub -Fotolar
08:18 24.06.2025
İsrailin Beer-Şeva şəhərinə İran raketi düşüb
08:16 24.06.2025
Dominikan sahilində güclü zəlzələ baş verib
08:14 24.06.2025
İsrail İranın daha bir nüvə alimini öldürüb
05:58 24.06.2025
Əraqçi hərbi əməliyyatların dayandırıldığına işarə edib YENİLƏNİB
05:08 24.06.2025
Ukrayna və Britaniya birgə PUA istehsal edəcəklər
04:25 24.06.2025
"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir"
04:02 24.06.2025
İran və İsrail atəşkəs imzalayacaqlar
03:58 24.06.2025
Skinuoker Rançda nələr baş verir?
03:53 24.06.2025
İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Hamısı