ABŞ-nin Çikaqo şəhərinin mərkəzində kütləvi atışma nəticəsində ölənlər və yaralananlar var.
“EDnews” xəbər verir ki, bu barədə "AP News" agentliyi yerli polisə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, bir neçə nəfər xəsarət alıb. Lakin atışmanın yeri və yaralananların sayı barədə rəsmi məlumat yoxdur.
İddialara görə, atışma reper "Mello Buckzz" üçün gecə klublarından birində keçirilən məclisdə baş verib. Qeyd olunur ki, iki nəfər ölüb, daha yeddi nəfərin vəziyyəti ağırdır. Xəstəxanaya getməkdən imtina edən digər zərərçəkənlər də var.