Sabah Cəlilabad şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.
“EDnews” xəbər verir ki , aprelin 23-də saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 1 500 abonentin (Heydər Əliyev prospektinin bir hissəsi, M.Hüseynzadə, Babək, Şəhriyar, S.Axundov, N.Nərimanov, Ş.Qurbanov, A.Azərtürk, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir və Cavadxan küçələri) “mavi yanacaq”la təchizatında fasilə yaranacaq.
İstehsalat Birliyi abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.
Fatimə Mərdanlı //EDnews