Norveç dünyanın ilk tamtəchizatlı gəmi tunelinə imza atmağa hazırlaşır.
Stad yarımadasında tikiləcək tunel ölkənin ən təhlükəli yerlərindən birini daha etibarlı edəcək.
Norveç dənizi ilə Şimal dənizinin kəsişdiyi nöqtədə yerləşən Stad yarımadası regionun ən təhlükəli sahil zolaqlarından biri hesab olunur.
Tunel 272 milyon dollara başa gələcək, dünyada bir ilk olacaq.
Eni 26, hündürlüyü 31 metr olan yarım kilometr uzunluğa malik olacaq tunelin tikintisi üçün 7 ton qayanın parçalanıb ərazidən daşınması planlaşdırılır.
Tikintisinə 2018-ci ildə başlanılacaq layihənin 4 ilə başa çatacağı deyilib.(publika)