Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...

Yazarlar 14:31 07.05.2025

Mina və Partlayıcı Sursatların Monitorinqi qrupu tərəfindən 2024-cü ildə yayımlanan hesabatda qeyd olunur ki, indiyə qədər mina və PHS partlayışları nəticəsində 53 ölkədə azı 1 983 nəfər həlak olmub, 3 663 nəfər isə yaralanıb. Zərərçəkənlərin 84%-i mülki şəxslərdir ki, onların da 37%-ni uşaqlar təşkil edir.

Bir sıra beynəlxalq təşkilatlar tərəfindən dünyada mina təmizlənməsi üzrə səylər bu gün də davam etdirilir.

Uels şahzadəsi Diana mina təmizlənməsi məsələsini beynəlxalq mütəvidə gündəmə gətirən və bu prosesin təcili xarakterini vurğulayan ən məşhur simalardan biri olmuşdur. Onun Angolada, Huambo şəhərində mina sahəsində müdafiə jileti və vizorla gəzməsi mediada geniş işıqlandırılmışdır.

Minalar hələ də insanların tam potensiallarını reallaşdırmalarına əngəl törədir, xüsusilə Azərbaycanın Qarabağ bölgəsində bu təhlükə aktual olaraq qalır.

Qarabağ münaqişəsinin başladığı gündəm bu yaba Qarabağ ərazisi geniş şəkildə minalarla və partlamamış hərbi sursatları ilə çirklənmişdir.

İkinci Qarabağ müharibəsindən bəri 380-dən çox Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həlak olmuş və ya müxtəlif dərəcələrdə yaralanmışdır.

Qarabağ iqtisadi rayonunda təxminən 11 667 kvadrat kilometr ərazi minalarla və digər partlayıcı qalıqlarla örtülüdür.

Mütəxəssislərin hesablamalarına görə, bu ərazilərin tam şəkildə minalardan təmizlənməsi onilliklər tələb edəcək.

Qarabağ, Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərq hissəsini əhatə edir. 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsi zamanı bu ərazi Ermənistan tərəfindən işğal edilmiş və idarə olunmuşdur. İkinci Qarabağ müharibəsi isə 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində baş vermişdir.

Azərbaycan, bu müharibənin nəticəsində Qarabağın əksər hissəsinə nəzarəti bərpa etmiş, yalnız Ermənistanla Rusiya sülhməramlılarının nəzarətində olan dar bir dəhlizlə əlaqəli hissə qalmışdır.

2023-cü il 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri bu ərazi, o cümlədən tarixi əhəmiyyətli Xankəndi şəhəri üzərində nəzarəti ələ keçirmişdir.

Xankəndi şəhəri Azərbaycanın tarixi baxımından mühüm əhəmiyyətə malikdir. Şəhər XVIII əsrdə Qarabağ xanı tərəfindən salındığı üçün “Xanın kəndi” adlandırılmışdır.

Hazırda Qarabağ Universiteti Xankəndidə yerləşir və Azərbaycanın müxtəlif bölgələrindən yüzlərlə tələbə burada təhsil alır. Şəhər sürətlə dinamik tələbə şəhərinə çevrilməkdədir və burada aktiv şəkildə iqtisadi inkişaf planları həyata keçirilir.

Eyni zamanda, Xankəndidə və ətraf ərazilərdə məcburi köçkünlərin geri qayıtması üçün geniş kampaniyalar təşkil olunur. Bu, illərlə Qarabağda gedən münaqişə və müharibələr zamanı doğma evlərini tərk etmək məcburiyyətində qalan insanları əhatə edir.

Azərbaycan hökuməti müharibədən sonra evlərini tərk etmiş ermənilərin yenidən məskunlaşmasına da dəstək göstərməyə hazır olduğunu bəyan etmişdir. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Azərbaycan “Qarabağda yaşayan erməni əhalinin insan hüquqlarının digər vətəndaşlarla bərabər əsasda qorunmasına sadiqdir”.

Xüsusilə Xankəndidə erməni əhaliyə məxsus ev və obyektlər toxunulmaz saxlanılmış, onların bir gün geri dönməsi ümidi ilə istifadəyə verilməmişdir.

Siyasi uğurlara və infrastrukturun bərpasına baxmayaraq, Qarabağ bölgəsində sosial-iqtisadi layihələrin icrasında hələ də ciddi çətinliklər yaşanır. Bu çətinliklərin əsas səbəbi minaların yaratdığı daimi təhlükədir.

2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra mina xəritələrinin bir hissəsi Azərbaycana təqdim olunmuşdur.

2021-ci ilin iyun ayında Ermənistan hökuməti Ağdam rayonunda minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil vermişdir. Lakin Azərbaycan bu xəritələri dəqiq hesab etməmişdir.

2024-cü ildə Ermənistan Qarabağda mina sahələrini göstərən əlavə səkkiz xəritə təqdim etmişdir. Ancaq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu xəritələrdəki məlumatların “dəqiq, etibarlı və tam olmadığını” bildirmişdir.

Agentliyin məlumatına görə, Ermənistanın mina xəritələrinin qeyri-dəqiq olması mina qurbanlarının artmasına səbəb olur və bu məsələ davamlı olaraq ciddi təhlükə yaradır.

ANAMA işğaldan azad edilmiş ərazilərdə minaların, partlamamış sursatların və digər partlayıcı qalıqların (kimyəvi silahlar istisna olmaqla) təmizlənməsinə cavabdeh dövlət qurumudur. O, həmçinin müharibə nəticəsində zərər çəkmiş digər ərazilərdə silahların daşınması, saxlanması və zərərsizləşdirilməsi üzrə fəaliyyətləri də həyata keçirir.

Yalnız ötən il ərzində ANAMA tərəfindən:

62 023 hektar ərazi minalardan təmizlənmiş,
59 163 ədəd partlamamış döyüş sursatı,
4 286 ədəd piyada əleyhinə mina,
2 372 ədəd tank əleyhinə mina zərərsizləşdirilmişdir.
Bununla belə, minaların yaratdığı daimi təhlükə Qarabağın inkişafına ciddi əngəldir.

Qeyd edilməlidir ki, Ermənistan Piyada Əleyhinə Minaların İstifadəsinin, Yığılmasının, Hazırlanmasının və Yayılmasının Qadağan Edilməsi və Onların Məhv Edilməsi haqqında Konvensiyaya qoşulmayıb. Bu səbəbdən mülki ərazilərdə minaların məsuliyyətsiz şəkildə yerləşdirilməsinə və dəqiq xəritələrin təqdim olunmamasına görə beynəlxalq hüquqi məsuliyyət daşımır.

Lakin Ermənistan beynəlxalq humanitar hüquq çərçivəsində qeyri-seçici silahların istifadəsinin qadağan olunmasına məcburdur. Minaların qeyri-seçici şəkildə yerləşdirilməsi və mina xəritələrinin saxtalaşdırılması beynəlxalq hüququn pozuntusu hesab olunur.

Bütün bunlara baxmayaraq, Qarabağ bölgəsində yollar, kommunal xidmətlər və ictimai infrastrukturun bərpası davam edir. Bu addımlar iqtisadi aktivliyin təşviqinə, əlaqələndirmənin artırılmasına və yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Ağdamda yeni orta məktəb, uşaq bağçası, yaşayış kompleksi və otel tikilməkdədir. Yaşayış kompleksinin birinci mərhələsi – altı altımərtəbəli binadan ibarət 201 mənzilli hissəsi artıq tamamlanmışdır.

Lakin mina təmizləmə prosesi uzun zaman alacaq.

Azərbaycan hökumətinin açıqlamasına görə, Ermənistan tərəfindən işğal dövründə basdırılmış minaların təmizlənməsi təxminən 30 il çəkəcək və bu prosesin dəyəri 25 milyard ABŞ dolları təşkil edəcək.

Bu müddətdə Azərbaycan vətəndaşlarının mina təhlükəsi səbəbilə həyatını itirməsi və ya yaralanması riski hələ də qalır.

Thembisa.jpg

Müəllif: Thembisa Fakude

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
"Azərbaycan və Ermənistan liderlərinin görüşü regionda davamlı sülh üçün ümid verir"
12:20 10.07.2025
Yekaterinburqda həbs olunan Ayaz və Akif Səfərovların apellyasiya şikayətinə baxılıb
12:05 10.07.2025
Azərbaycan neftinin qiyməti 76 dolları keçdi
11:50 10.07.2025
Hamısı