Azərbaycanda ilanlarla dostluq edən qeyri-adi insan FOTOLAR

Maraqlı 13:56 07.09.2017

55 yaşlı Mirhəsən Abıyev Ağdamın Quzanlı qəsəbəsində yaşayır. Nə qədər qəribə səslənsə də, uşaqlıqdan ilan saxlamağa marağı olub. Həmyaşıdları köpək, quş bəsləyəndə, o, günlərini ilanlarla oynamaqla keçirib.

Mirhəsən Abıyev deyir ki, yaşca ondan böyüklər ilanlardan qorxub qaçanda, o, bu qorxunun səbəbini anlamayıb: "8-9 yaşım olardı, at arabasında yer düzəltmişdim, orada gürzə saxlayırdım. Bir pişik yaxınlaşıb ilana cırmaq atdı. Gürzə pişiyi dişləyib öldürdü. Ondan sonra başa düşdüm ki, ilan adamı vurub öldürə bilər, ona görə qorxurlar".

O, iddia edir ki, seyid nəslindəndir, amma ilanların seyidlərə toxunmadığı haqqında dolaşan rəvayətlərə etibar etmir. Elə buna görə də, dünyanın ən zəhərli heyvanı ilə qurduğu dostluq münasibətində "cəddinin" köməyindən çox ilana olan xoş rəftarına güvənir.

Müsahibimizin sözlərinə görə, heyvan özünə qarşı təhlükə hiss etməməlidir: "Əks halda, özünü qorumaq üçün mütləq hücum edəcək".

Atalar "ilanın ağına da lənət, qarasına da" desələr də, uzunluğu 206 sm olan, ən zəhərli sürünənlərdən sayılan boz rəngli Qafqaz gürzəsi, 12 ildir Mirhəsən Abıyevin demək olar ki, ailə üzvünə çevrilib. Dediyinə görə, ailəsi də onun bu zəhərli sürünəni evdə bəsləməsini normal qəbul edir. İlan əsasən gəmiricilər və ölmüş quşlarla qidalanır.

 İlanlarla dostluq edən Mirhəsən Abıyev

İlan

İlanlarla dostluq edən Mirhəsən Abıyev

İlanlarla dostluq edən Mirhəsən Abıyev

İlanlarla dostluq edən Mirhəsən Abıyev

"Azərbaycanda 30-a yaxın ilan növü var. Onun 7-si yarımzəhərlilər sinfinə aiddir. Əslində gürzələri öldürmək düz deyil. Getdikcə nəsli tükənir. Məsələn, artıq buynuzlu gürzəyə rast gəlmək olmur" – deyə Mirhəsən Abıyev bildirir.

Həmsöhbətimiz gürzələrin mart ayının sonlarına doğru, yəni cütləşmə dövründə aqressiv olduğunu deyir. Lakin Mirhəsən Abıyev ilanı sakitləşdirməyin də çarəsini tapıb: "Rezin boruya ilan qabığı taxıram, əlimlə hərəkət etdirirəm, guya başqa erkək ilandır, döyüşmək istəyir. Qabıqdakı qoxu ilan qoxusu olduğuna görə, müqavimət göstərir, başqa bir ilan hesab edir, əlimdən alıb yıxır, gücünü göstərir ki, mən səndən güclüyəm. Ondan sonra sakitləşir".

Müsahibimiz ölçüsü kiçik, qızılı rəngdə olan, xalq arasında rənginə görə "qızıl ilan" adlandırılan ilanla bağlı danışılanları əfsanə adlandırır: "Həmin əfsanəyə görə, bu ilanlar yeddi qardaşdır, birini öldürdükdə, digərləri onun intiqamını almağa çalışır. Əslində bu ilanlar həddindən artıq qorxaq və zəhərsizdir. Cəld hərəkət etməyinin səbəbi də qaçaraq təhlükədən xilas olmaq refleksindən irəli gəlir".

O, qeyri-adi xüsusiyyəti hesabına tez-tez həmyerlilərinin köməyinə çatır. Belə ki, qəsəbə sakinləri evdə, şəxsi təsərrüfatlarında ilana rast gələndə Mirhəsən Abıyevə ehtiyac duyurlar. Çağırılmamış qonaqları ram edə bilən Mirhəsən, ilanları öldürməyin əleyhinə olduğundan, onları yaxalayaraq təbiətə buraxır.

Uzun illərdir ilanlarla dostluq edən Mirhəsən Abıyev təcrübələrinə əsasən bu qənaətə gəlib ki, dünyadakı bütün canlılar bir-birinə ziyan vermədən birlikdə, hətta bir damın altında belə, yaşaya bilərlər, yetər ki niyyətiniz xoş olsun. "Şirin dil ilanı belə yuvasından çıxarar" misalında olduğu kimi. (sputnik)


BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Hamısı