Avropanın ən prestijli hakimlərindən olan ingiltərəli Mark Klatenburq Səudiyyə Ərəbistanında keçirilən matç zamanı qəribə qərar verib.
Kral Kuboku çərçivəsində “Əl Feiha” ilə “Əl Fateh” komandaları arasında keçirilən oyunu idarə edən hakim azan səsini eşidən kimi matçın dayandırılması ilə bağlı fit çalıb.
Azanın bitməsindən sonra ingiltərəli hakim matça yenidən strat verib. Markın bu davranışı Səudiyyə Ərəbistanında böyük əks-səda doğurub.
Qeyd edək ki, təcrübəli hakim 28 may 2016-cı ildə “Real Madrid”-“Atletico Madrid” arasında keçirilən Çempionlar Liqası final matçını idarə edib.(Publika.az)